Modern.az

Suriyada Rusiya aviabazasına raket hücumu?

Suriyada Rusiya aviabazasına raket hücumu?

25 May 2019, 17:27

Rusiyanın Suriyadakı “Hmeymim” aviabazasına son günlər dalbadal baş verən raket hücumlarının iranlılar tərəfindən həyata keçirildiyi haqda məlumatlar var.

 

Virtualaz.org xəbər verir ki, Suriya rejiminə qarşı döyüşən iranlı sünnülərin bu hücumlarda əli olduğuna dair ciddi şübhələr meydana çıxıb. Bu haqda avia.pro portalı bildirir.

Belə ki, sosial şəbəkələrdə iranlı sünnülərin Suriyada “Hmeymim” bazasına qarşı reaktiv yaylım atəşi sistemindən istifadə etdiyi haqda foto yayılıb. Lakin daha sonra həmin foto və fotoya dair şərhlər silinib.

 

Hazırda bu barədə rəsmi məlumat yoxdur. Bununla belə daha əvvəl xəbər verilib ki, Tartus rayonunda Rusiyanın “Hmeymim” aviabazası barədə o cümlədən rusiyalı hərbçilərin radiodanışıqlarının ələ keçirilməsi yolu ilə məlumat toplayan iranlı hərbçilər tutulublar.

Təsdiq olunmamış məlumatlara görə Suriya ərazisində bir neçə yüz iranlı sünnü Bəşər Əsəd qüvvələrinə qarşı döyüşür. Onlar əsasən Hama və İdlib əyalətlərində mövqe tutublar.

Ümumiyyətlə son vaxtlar Suriyada İrana bağlı qüvvələrlə Rusiya hərbçiləri arasında toqquşmalar haqda xəbərlər tez-tez yayılır. Məlumatlara görə Rusiya İrana bağlı qüvvələrin Suriyanı tərk etməsi məsələsini qoyub. Lakin iranlılar Suriyada hərbi mövqelərini əldən vermək istəmirlər.

 

Virtualaz.org

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi