Modern.az

Deputat iftar süfrəsi açdı

Deputat iftar süfrəsi açdı

Aktual

27 May 2019, 12:20

Milli Məclisin deputatı Vahid Əhmədov bu il də ənənəsinə uyğun olaraq seçildiyi Quba rayonunda fəaliyyət göstərən beş məscid və doğulduğu Qonaqkənd qəsəbəsində müqəddəs Orucluq bayramı münasibəti ilə iftar süfrəsi təşkil edib.

 

Modern.az-ın məlumatına görə, tədbirlərdə Qarabağ müharibəsi iştirakçıları, imkansız ailələr, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bütün iftar mərasimlərində dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələr oxunub, Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, ruzi-bərəkət və mərhəmət ayı olduğu vurğulanıb.

 

Ölkəmizdə sabitlik, davamlı inkişaf, birlik və tolerantlığın hökm sürməsinin ölkə rəhbərliyinin müdrik siyasəti nətıcəsində mümkün olduğu qeyd edilib. İftar süfrələrinin iştirakçıları belə tədbirlərin təşkil olunmasında əməyi olan hər bir şəxsə öz minnətdarlığını bıldiriblər.

 

Ənənəyə çevrilən iftar süfrələrinin təşkilinin cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsi kimi qiymətləndirilib və deputatın Ramazan bayramı münasibəti ilə təbriki bütün rayon sakinlərinə çatdırılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...