Modern.az

Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edildi

Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edildi

Aktual

12 İyun 2019, 20:43

Nazir Elmar  Məmmədyarov Türkiyə Böyük Millət Məclisi (TBMM) Sədrinin müavini Sürəyya Sədi Bilgicin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov Sürəyya Sadi Bilgici ölkəmizdə salamlamaqdan məmnunluq hissi keçirdiyini diqqətə çatdıraraq, bu səfərin iki ölkə arasında olan qardaşlıq əlaqələrinin inkişafına öz müsbət təsirini göstərəcəyini vurğulayıb.

 

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən TBMM Sədrinin müavini Sürəyya Sədi Bilgic ölkəmizə səfəri çərçivəsində keçirdikləri görüşləri, xüsusilə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduqlarını məmnunluqla qeyd edib və aparılan fikir mübadiləsini yüksək dəyərləndirib.

 

Tərəflər Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransından bəhs edərək, bu təşəbbüsün beynəlxalq parlamentlərarası əməkdaşlığın inkişafına böyük töhfə verəcəyini bildiriblər.

 

Nazir Elmar Məmmədyarov iki qardaş ölkə arasında əməkdaşlıq münasibətlərinin daha da irəli aparılması baxımından parlament fəaliyyətini yüksək qiymətləndirdi və parlamentarilər arasında eyni zamanda müvafiq beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın önəmini bildirib.

 

Tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü