Modern.az

Abşeronda “Mercedes” betona çırpılıb - Sürücü ölüb

Abşeronda “Mercedes” betona çırpılıb - Sürücü ölüb

Aktual

17 İyun 2019, 15:37

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb.

 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1979-cu il təvəllüdlü Ocaqverdiyev Vüqar İnqilab oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı