Arxiv
17 İyun 2019, 23:43 | AKTUAL
Leyla Əliyeva nərə balıqlarının Xəzərə buraxılmasını izlədi - FOTO

Bu gün Xəzər dənizinin ekoloji mühitinin yaxşılaşdırılması üzrə IDEA İctimai Birliyinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlığı çərçivəsində Neftçalada yerləşən Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının suya buraxılması mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və BMT Ətraf Mühit Proqramının xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov iştirak ediblər.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xıllı nərə balıqartırma zavodu 2003-cü ildə istismara verilib. Bu zavod Xəzər regionunda ən iri nərə balıqartırma müəssisəsidir. Burada bölgə, nərə, kələmo və uzunburun kimi nərə cinsli balıq növləri artırılaraq Kür çayının mənsəbinə buraxılır. Zavodun istehsal gücü ildə 15 milyona qədər nərə balıq körpələridir. Ümumi sahəsi 15 hektar olan zavodda 4 nohur, 54 beton hovuz var.

 

Müəssisə ilə tanışlıqdan sonra Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının suya buraxılması mərasimi oldu.

 

Mərasimdə iştirak edən BMT Ətraf Mühit Proqramının xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov jurnalistlərə müsahibəsində dedi: “Hər dəfə Azərbaycana gələndə təəssürat içində oluram. Bu gün mənim üçün daha bir səhifə açılıb. Leyla xanım Əliyeva ekologiya problemi ilə kifayət qədər çoxdan və ciddi məşğul olur. O, aydın başa düşür ki, Yer üzündə ən böyük sərvət insandır. İnsan isə yalnız ekologiyanın normal olduğu yerdə, normal təbii şəraitdə salamat qala bilər. Odur ki, bu işlə məşğul olur. Əlbəttə, bu, Birləşmiş Millətlər Təşkilatında təbiəti mühafizə ilə məşğul olan təşkilatın səfiri kimi məni çox sevindirdi. Bu problemlə getdikcə daha çox məşğul olduğum üçün deyə bilərəm ki, indi bu, ən başlıca məsələdir”.

 

Qeyd edək ki, son onilliklər ərzində Xəzər dənizinin nadir balıq növlərinin populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri, çirklənmə, qaçaqmalçılıq və həddən artıq ovlanma nəticəsində məhvolma təhlükəsi həddinə çatıb. Problemin hərtərəfli həlli məqsədilə IDEA İctimai Birliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Böyük Britaniyanın “Mavi Dəniz Fondu” (BLUE) ilə birlikdə müxtəlif mühafizə, bərpa və ictimai maarifləndirmə tədbirləri həyata keçirilir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstan parlamentinin erməni deputatı cinsi təcavüzdə günahlandırılır 21 İyul 2019, 14:17 UEFA "Fənərbaxça"nı 2 milyon avro cərimə etdi 21 İyul 2019, 14:05 Bakı-Sumqayıt yolunda "Shacman" aşıb 21 İyul 2019, 13:53 Azərbaycan təmsilçiləri Avroliqaya təyinat alıblar   21 İyul 2019, 13:42 Üç güləşçimiz EYOF-un finalında   21 İyul 2019, 13:31 Şəmkirdə dəhşətli qəza - Sürücünün qolu amputasiya edildi  21 İyul 2019, 13:20 “Qarabağ”ın ÇL-də növbəti oyun üçün - HEYƏTİ 21 İyul 2019, 13:09 Bərdə bazarında 12 mağaza yanıb - Sahibkarlara yarım milyon ziyan dəyib  21 İyul 2019, 12:55 Sabah 41 dərəcə isti olacaq- Nazirlik məlumat yaydı 21 İyul 2019, 12:45 İranda güclü zəlzələ olub 21 İyul 2019, 12:32 “Qəbələ” – “Dinamo” oyununun hakimləri bəlli oldu 21 İyul 2019, 12:23 Ukraynalılar Bakıda səs verir 21 İyul 2019, 12:14 Azərbaycana gələn hər bir idmançı günə 90 avro ödəyir - Azad Rəhimov 21 İyul 2019, 12:05 Qayınananın SON ARZUSU 21 İyul 2019, 11:54 Bu şirkət 500 min avtomobilini geri çağırır - Yanğın təhlükəsinə görə 21 İyul 2019, 11:44 Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi - Narkotikə görə 21 İyul 2019, 11:34 Elza Seyidcahan deputat olmaq istəyir 21 İyul 2019, 11:23 Erməni əsgərin postda meyiti tapılıb   21 İyul 2019, 11:10 Avropa Gənclər Yay Olimpiya Festivalına güləşçilərimiz qələbə ilə başladılar - FOTO 21 İyul 2019, 10:59 Hindistanda üçbaşlı uşaq dünyaya gəldi - FOTO 21 İyul 2019, 10:48 Tələbə köçürülməsi üçün qeydiyyat başa çatdı 21 İyul 2019, 10:37 Merkelin gəlirləri açıqlandı 21 İyul 2019, 10:26 Yolu keçən piyadanı avtomobil vurub öldürdü 21 İyul 2019, 10:10 Ermənilər pulemyot və snayper tüfəngləri ilə ATƏŞKƏSİ POZDU 21 İyul 2019, 09:55 Bərdədə bir-birinə bitişik mağazalar yanıb 21 İyul 2019, 09:43 İnsanı ağıllı edən 3 sadə hobbi 21 İyul 2019, 09:34 Nazir əmr verdi: Polis gücləndirilmiş iş rejiminə keçdi   21 İyul 2019, 09:25 Teymur Rəcəbov beynəlxalq turnirdə növbəti dəfə heç-heçə edib 21 İyul 2019, 09:13 XV Avropa Gənclər Olimpiya Festivalının ilk yarış günü - CƏDVƏL 21 İyul 2019, 09:00 Nəzarətsiz ərazidə çimən 9 nəfər xilas olundu 21 İyul 2019, 08:45 Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir   21 İyul 2019, 08:31 Türkiyə polisi 217 cinayətkarı saxladı 21 İyul 2019, 00:36 Polis gücləndirilmiş rejimə keçdi 21 İyul 2019, 00:16 Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır 21 İyul 2019, 00:03 Bakıda restoranda kütləvi dava: yaralılar var 20 İyul 2019, 23:46