Modern.az

Zakir Həsənovdan Ermənistana XƏBƏRDARLIQ: “Məsələni həll edin, əks tədqirdə...”

Zakir Həsənovdan Ermənistana XƏBƏRDARLIQ: “Məsələni həll edin, əks tədqirdə...”

Aktual

18 İyun 2019, 11:09

Müdafiə naziri Zakir Həsənov Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycan Ordusunun əsgəri Elşən Xəlilovun vurulması ilə bağlı şəxsən əmr verməsi ilə bağlı bəyanatına münasibət bildirib.

Modern.az xəbər verir ki, Z.Həsənov bu bəyanatın ucuz siyasi xal toplamaq üçün verildiyini bildirib: “Onların orduları çox zəifdir və çalışırlar ki, bu cür yollarla ucuz siyasi xal toplasınlar. Mən onun səviyyəsinə düşmək istəmirəm, o yalan danışır, özünü nümayiş etdirir”.

Nazir qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münqaqişəsini sülh yolu ilə həll etməyə çalışır: “Ancaq bu, olmasa, biz digər yola əl atacağıq. Biz 2016-cı ildə 3 gün ərzində bunu sübut etdik, indi də deyirik ki, gedin məsələni həll edin, əks tədqirdə torpaqlarımızı digər yolla azad edəcəyik”.

Zakir Həsənov xatırladıb ki, 2016-cı ilin aprelində Azərbaycan Ordusunun kiçik bir hissəsi bütün Ermənistan ordusunu darmadağın etdi. 

Nazir bildirib ki, Azərbaycan Ordusu bu qələbəni hər dəqiqə nümayiş etdirməyə hazırdır:

"Müharibəni hərbiçilər başlamır, icra edir. Hələ ki beynəlxalq vəziyyət müharibəyə imkan vermir, cənab Prezident münaqişənin həlli ilə bağlı işlər aparır”.

Z.Həsənov vurğulayıb ki, Azərbaycan Ordusu gecə-gündüz döyüş hazırlığı ilə məşğul olur:

“Azərbaycan Ordusu daim inkişaf edir, döyüş qabiliyyəti, psixoloji hazırlığı daim yüksəldir. Ermənistan isə bu sahədə çox zəifidr. Aprel döyüşlərindən sonra Sarkisyan dedi ki, “biz 80-ci illərin silahı ilə döyüşürdük”. Bəs necə oldu, siz deyirdiniz “bizim güclü ordumuz var?”".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü