Modern.az

Çingiz Qənizadə seçicilərin problemlərini dinləyib

Çingiz Qənizadə seçicilərin problemlərini dinləyib

19 İyun 2019, 10:01

Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan İmişli rayonunun Oruclu kəndində seçicilərlə görüş keçirib.

 

Modern.az xəbər verir ki, deputat seçicilərlə görüşərək problemləri müzakirə edib. Kənd sakinlərinin deputatdan əsas xahişi kənd yollarının çəkilməsi ilə bağlı olub. Parlament üzvü, sakinlərin xahişlərini dinlədikdən sonra aidiyyatı qurumlarla danışıqlar aparacağına söz verib.

Çingiz Qənizadə çıxışı zamanı seçicilərə Azərbaycana xarici dövlətlərin, beynəlxalq təşkilatların münasibəti, eləcə də möhtərəm prezidentiminizn apardığı uğurlu daxili və xarici siyasəti, bu siyasəti görmək istəməyən qüvvələr və Azərbaycanın bütün sahələrdə qüdrətli dövlətə çevrilməsi barədə ətraflı məlumat verib.

Parlamentari sonda vətəndaşlarla fərdi qaydada görüşərək ərizələrini qəbul edib. Hər bir ərizənin araşdırılacağına və maksimum kömək ediləcəyinə söz verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü