Modern.az

Çingiz Qənizadə seçicilərinə söz verdi

Çingiz Qənizadə seçicilərinə söz verdi

Aktual

20 İyun 2019, 12:02

 Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan İmişli rayonunun Ağammədli kəndində seçiciləri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, deputatla görüş zamanı Ağammədli kəndinin seçiciləri ümumi problemləri diqqətə çatdırıblar.

Daha sonra parlament üzvü, görüş zamanı ölkədəki ictimai-siyasi durum, cənab prezidentin son günlərdə minimum əmək haqlarını 250 manata qaldırması,müəllimlərin, hərbçilərin maaşının artırılması istiqamətində atdığı addımlar, Dağlıq Qarabağ məsələsi barədə fikir mübadiləsi aparıb.

Çingiz Qənizadə kənd sakinlərinin kəndlə bağlı ümumi problemlərini dinlədikdən sonra hər bir müraciətlə bağlı aidiyyatı qurumlara məlumat verəcəyini bildirib və sakinləri fərdi qaydada qəbul edərək şikayətlərini qeyd edib. Sonda deputat hər bir şikayəti araşdıracağına, maksimum imkanı daxilində kömək edəcəyinə söz verib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü