Arxiv
24 İyun 2019, 23:43 | AKTUAL
Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Gününə qatılıb

İyunun 24-də Moskvada Azərbaycan Mədəniyyəti Günü keçirilib. Tədbir Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGB) tərəfindən bu qurumun 10 münasibətilə təşkil edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-in sədri Leyla Əliyeva tədbirdə iştirak edib.

Modern.az  xəbər verir ki, Azərbaycan Mədəniyyəti Günü Moskvanın ən mənzərəli guşələrindən birində - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Aptekarski oqorod” nəbatat bağında keçirilib.

Tədbirin əvvəlində RAGB-in fəaliyyətinə həsr olunan film nümayiş etdirilib. RAGB-in sədri Leyla Əliyeva, M.V.Lomonosov adına MDU-nun rektoru Viktor Sadovniçi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, BMT-nin Ətraf Mühit Proqramının xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov, MDU-nun “Aptekarskiy qorodok” nəbatat bağının direktoru Aleksey Reteyum Azərbaycan Mədəniyyət Gününün təntənəli açılış mərasimində çıxış ediblər.

Mədəniyyət Günü çərçivəsində RAGB fəallarının mükafatlandırılması mərasimi keçirilib. RAGB-in sədri Leyla Əliyeva fərqlənənlərə “RAGB-in ən fəal könüllüsü”, “RAGB-in ən uğurlu idmançısı”, “Ən yüksək müvəffəqiyyət dərəcəsi olan tələbə”, “Ən fəal regional bölmələr”, “Təşkilatın həyatında səmərəli fəaliyyətinə görə” nominasiyalarında xatirə diplomları təqdim edib.

Bayram tədbiri ustad dərslərinin, sərgilərin keçirildiyi, milli atributlar, musiqi alətləri, geyimlər və xalçalarla bəzədilmiş xüsusi fotozonaların təşkil olunduğu bir neçə məkanda davam edib. Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyəti ilə tanış olmaq üçün “AMOR” jurnalının 10 il ərzində çapdan çıxmış nömrələrinin, habelə Azərbaycan klassiklərinin kitablarının təqdim edildiyi oxucu guşəsi yaradılıb.

Bayram “Qolos” layihəsinin finalçısı Emil Qədirovun, “Qolos deti” şousunun finalçısı Azər Nəsibovun, “Qarabağ” rəqs ansamblının iştirakı ilə açıq səma altında konsertlə başa çatıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hesablama Palatasının Təlim Mərkəzi açılıb 6 Dekabr 2019, 18:40 “Cahana sığmayan şair” adlı tədbir keçirilib - FOTO 6 Dekabr 2019, 18:29 AzMİU ilə “PMD Projects” arasında müqavilə imzalanıb - FOTO 6 Dekabr 2019, 18:23 Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu 6 Dekabr 2019, 18:17 Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib 6 Dekabr 2019, 18:17 Rüstəm Xəlilov icra başçısı kimi sakinlərlə ilk görüşünü keçirib - FOTO 6 Dekabr 2019, 18:10 Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşdülər 6 Dekabr 2019, 18:02 “Parlament siyasət meydanıdır” - Sədr müavini  6 Dekabr 2019, 17:57 Manatın üçgünlük məzənnəsi açıqlanıb 6 Dekabr 2019, 17:56 Dövlət Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə başladı 6 Dekabr 2019, 17:48 BMU-nun tələbəsi Azərbaycan üzrə birincilik qazanıb   6 Dekabr 2019, 17:46 Ağac əkimi Nəsimi ruhuna ehtiram, ekoloji tarazlığa töhfədir 6 Dekabr 2019, 17:38 Binəqədidə ağacəkmə aksiyası keçirilib - FOTO 6 Dekabr 2019, 17:34 Brüsseldə Avropa Parlamenti deputatlarının Qarabağa səfərinə ETİRAZ EDİLİB 6 Dekabr 2019, 17:33 Sosial xidmət layihələrində 1600-ə yaxın şəxs çalışır - Nazirlik 6 Dekabr 2019, 17:30 Nazim Bəydəmirli yenidən deputat olmaq niyyətindədir 6 Dekabr 2019, 17:27 MSK-dan növbədənkənar parlament seçkisi AÇIQLAMASI 6 Dekabr 2019, 17:10 Prezident və birinci xanım gənclərlə selfi çəkdirdilər - FOTOLAR 6 Dekabr 2019, 16:57 İstirahət günləri üçün hava PROQNOZU 6 Dekabr 2019, 16:54 Daşnaklar Paşinyana qarşı partizan müharibəsinə HAZIRLAŞIR 6 Dekabr 2019, 16:51 “Məni bu sahəyə kimya müəllimim həvəsləndirdi” - Olimpiadalar qalibi 6 Dekabr 2019, 16:49 Bakıdan Cəlilabada gedib ev yardılar - FOTO   6 Dekabr 2019, 16:48 Beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilir 6 Dekabr 2019, 16:44 Əkrəm Əylisli: “Mənim barəmdə prezidentə yalan informasiyalar veriblər” - MÜSAHİBƏ 6 Dekabr 2019, 16:42 2022-ci ildən Bakıda yalnız sıxılmış qazla işləyən avtobuslar işləyəcək   6 Dekabr 2019, 16:38 Ermənistan Azərbaycanı bəzi yerli su mənbələrində məhrum edib - Qorxmaz Hüseynov 6 Dekabr 2019, 16:25 “Bir gün ərzində 650 min ağacın əkilməsi böyük nəticədir” - Cavid Osmanov 6 Dekabr 2019, 16:20 Merkel Putin və Zelenski ilə görüşəcək 6 Dekabr 2019, 16:13 Diaspor rəhbəri Bratislavada ATƏT-in tədbirinə qatılıb 6 Dekabr 2019, 16:12 “İcmalar oyununa getməyək” – Eks-nazirdən ÇAĞIRIŞ 6 Dekabr 2019, 15:39 Dilqəm Əsgərovun oğlu NARAZIDIR: “Atamgil həkim nəzarətində saxlanılır” 6 Dekabr 2019, 15:36 Belə millət vəkillərimiz də olub! 6 Dekabr 2019, 15:25 Azərbaycan yazıçısı ABŞ-ın nüfuzlu mükafatını aldı 6 Dekabr 2019, 15:20 Gəncədə 10 mindən artıq ağac əkilib - FOTO 6 Dekabr 2019, 15:04 Bu otellərə ulduz verilir - FOTO 6 Dekabr 2019, 14:58
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?