Arxiv
25 İyun 2019, 15:46 | AKTUAL
Cavanşir Feyziyevin beşcildliyi qazax dilində də çıxdı

Beynəlxalq Türk Akademiyası (BTA) tərəfindən Qazaxıstanın paytaxtı Nur-Sultanda təşkil olunan IV “Böyük Çöl” Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan parlamentinin deputatı, siyasi elmlər doktoru Cavanşir Feyziyevin “Türk dünyası” beşcildliyinin qazax dilində nəşrinin təqdimatı keçirilib.

Təqdimat mərasimində Azərbaycan, ABŞ, Rusiya, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Monqolustan və digər ölkələrdən nüfuzlu alimlər, dövlət xadimləri və diplomatlar iştirak edib.

Modern.az-ın məlumatına görə, BTA prezidenti Darxan Kıdırali bildirib ki, Türk dünyasında türk sivilizasiyası, mədəniyyəti, elmi, dövlətçilik tarixi, hərb sənəti və s. haqqında əhatəli bir kitabın ərsəyə gəlməsi çox əhəmiyyətli hadisədir. "Türk dünyası" kitabı türk dünyası ilə bağlı əsas fakt, mövzu və problemləri əhatə etməklə zəngin informasiya qaynağı təqdim edir. Nəşr müasir türk dünyası haqqında müfəssəl elmi mənzərə və təsəvvür formalaşdırır. Təhlil olunan bütün faktların, hadisə və proseslərin inkişaf qanunauyğunluqlarının, dinamikasının öyrənilməsi müasir humanitar elmlər üçün də aktuallıq kəsb edir. Kitabın ən önəmli cəhəti sadə, anlaşıqlı dildə olması, elmi-publisistik üslubda yazılmasıdır. Bu nəşrin daha geniş kütlələrə xitab etməsinə imkan yaradır.

Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilinə tərcümə olunan və nəfis tərtibatda işıq üzü görən kitab "Türk sivilizasiyasının təməl dəyərləri", "Türk xalqları", "Türk dövlətçiliyi tarixi", "Türkşünaslıq" və "Türk dünyasının tarixi şəxsiyyətləri" adlı 5 cilddən ibarətdir.

Kitablarda türk sivilizasiyasının təməl dəyərləri, türk dilləri, türk tarixi və mədəniyyəti, diplomatiyası, həyat tərzi, adət-ənənələri, dünyagörüşü və türklərin müasir dünyadakı mövqeyi haqqında geniş məlumat verilir. Eyni zamanda, digər cildlərdə türk etnocoğrafiyası, qədim türk boyları, türk dövlətləri və imperiyaları, müasir dövrdə türkdilli dövlətlərin təşkilatlanma və inteqrasiya prosesləri, türkşünaslığın aktual problemləri, türkçülük ideologiyası, türkçülüyü təhrif edən yanaşma və nəzəriyyələrin tənqidi analitikası, habelə, türk dünyasının görkəmli şəxsiyyətləri barədə ətraflı məlumatlarla tanış olmaq mümkündür.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
6 ayda 146 nəfər itkin düşdü 20 İyul 2019, 22:02 Qəzaya uğrayan təyyarə mağazaya çırpıldı 20 İyul 2019, 21:39 İsti hava 6 nəfərin həyatına son qoydu 20 İyul 2019, 21:24 Moskvada 12 min insan etiraza qalxdı 20 İyul 2019, 21:09 Astarada DTX polkovniki həbs edildi 20 İyul 2019, 20:51 Nazir 261 nəfəri xidmətə qəbul etdi 20 İyul 2019, 20:32 Direktor olmaq üçün 2 273 namizəd ərizəsini təsdiqlədi 20 İyul 2019, 20:19 Türkiyə diplomatlarını öldürənlər ələ keçirildi 20 İyul 2019, 20:02 Qusarda qoyun oğruları tutuldu 20 İyul 2019, 17:43 Dənizdə batdığı ehtimal edilən şəxsin axtarışları aparılır 20 İyul 2019, 17:15 Gömrük Komitəsinin sədri media ilə əlaqələri genişləndirmək istəyir 20 İyul 2019, 17:06 Bakıda yanğın - 6 nəfər təxliyə olundu 20 İyul 2019, 16:52 Yaqub Mahmudov jurnalistlərə təbrik ünvanladı 20 İyul 2019, 16:32 Gömrük 46 min dollarlıq telefonlara 28 min manat rüsum alıb - RƏSMİ 20 İyul 2019, 16:25 Bakıda “avtoşluq” edib sosial şəbəkələrdə yayan sürücü həbs edildi 20 İyul 2019, 16:16 Vilayət Eyvazov sıra baxışı keçirdi 20 İyul 2019, 16:14 Ekspert yay məktəblərinə qarşı çıxdı 20 İyul 2019, 15:26 Zakir Həsənov düşmənə zərbə endirməyi tapşırdı 20 İyul 2019, 15:17 Mirmahmud Mirəlioğlu Leyla Yunus haqda sərt DANIŞDI: “Erməni gəlini” 20 İyul 2019, 15:00 İlham Əliyev Belçika Kralını təbrik edib 20 İyul 2019, 14:38 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi - YENİLƏNİB 20 İyul 2019, 14:09 Prezident onları mükafatlandırdı – 10  mindən 50 minə qədər... 20 İyul 2019, 13:46 Sabahın hava proqnozu – külək əsəcək 20 İyul 2019, 13:43 Taksi sürücüsünə 16 bıçaq zərbəsi vurub quldurluq etdilər  20 İyul 2019, 13:39 Milli Mətbuat günündə Azercell-dən hədiyyə! 20 İyul 2019, 13:34 Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: “Kapitan”  20 İyul 2019, 13:29 Şəmkir sakininin cibindən 5500 manat oğurlandı 20 İyul 2019, 13:28 Avaraçılıq və dilənçiliklə məşğul olan 22 nəfər saxlanıldı 20 İyul 2019, 13:20 Azərbaycan Vaşinqtonda 2-ci Nazirlər Konfransında iştirak edib 20 İyul 2019, 13:19 Ötən gün Bakıda 1102 sürücü cərimələndi 20 İyul 2019, 13:17 İcra məmurlarına qarşı çıxan 954 şəxs cəzalandırılıb 20 İyul 2019, 13:16 Lukaşenko 6 min məhkumu əfv etdi 20 İyul 2019, 13:12 Azan gəmilər limanına yan alarkən 20 İyul 2019, 12:57 Pənah Hüseyndən Leyla Yunusa sərt CAVAB: “Ağılsız köpək” 20 İyul 2019, 12:39 Zelenski müdafiə nazirini itələdi - VİDEO 20 İyul 2019, 12:35