Modern.az

319.3 milyon manat sığorta haqqı toplanıb

319.3 milyon manat sığorta haqqı toplanıb

Aktual

25 İyun 2019, 16:56

Yanvar-may aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 319.3 milyon manat məbləğində sığorta haqları toplanıb, 93.8 milyon manat məbləğində sığorta ödənişləri həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən Modern.az-a bildirilib ki, könüllü sığorta bazarı üzrə haqlar 212.7 milyon manat, ödənişlər isə 64 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 106.6 milyon manat, ödənişlər isə 29.8 milyon manat olub.

Beş ayda sektor üzrə məcmu sığorta haqlarının 66.6 faizi könüllü, 33.4 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 68.3 faizi könüllü, 31.7 faizi icbari sığorta növləri hesabına formalaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü