Arxiv
27 İyun 2019, 10:45 | AKTUAL
Dərman oğurlayıb satmaq istəyən şəxs tutuldu

Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluqlar edərək zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Modern.az-a verilən məlumata görə, araşdırmalarla onun əvvəllər məhkum olunmuş rayon sakini, 41 yaşlı Rauf Məlikov olduğu müəyyən edilib.

 

Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, Rauf Məlikov may və iyun aylarında rayonun Timiryazev qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birindən generator, su nasosu və digər təsərrüfat avadanlıqları, eləcə də rayon ərazisində isə dərman preparatları daşıyan avtomobildən tibbi avadanlıqlar və müxtəlif növ preparatlar oğurlayıb. Oğurluq nəticəsində əldə etdiyi təsərrüfat avadanlıqları dəyərindən ucuz qiymətə satan R.Məlikov, əldə etdiyi pulları xərclədiyini bildirib.

 

Oğurladığı dərman preparatlarını rayon ərazisində satmaq istəyən zaman polis əməkdaşları tərəfindən iş başında yaxalanan R.Məlikovun üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə olan heroin də aşkarlanaraq götürülüb. R.Məlikov narkotik vasitə istifadəçisi olduğunu və həmin maddəni şəxsi istifadəsi üçün saxladığını bildirib.

 

Oğurluq yolu ilə əldə edilmiş tibbi avadanlıqlar və dərman preparatları isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

 

Faktlarla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Böyük komandayıqsa, belə məğlubiyyətləri tez yaddan çıxarmalıyıq" - Qurban Qurbanov 22 Noyabr 2019, 22:34 Leyla Əliyeva Moskvada müzakirələr apardı - FOTO 22 Noyabr 2019, 22:14 Tofiq Yaqubludan ağır ittiham: Mühacir alveri qalmaqlı böyüyür 22 Noyabr 2019, 21:57 Rusiya telekanalları Mehriban Əliyevanın səfəri barədə reportajlar yayımlayıb 22 Noyabr 2019, 21:34 "Qarabağ" "Sumqayıt"la bacarmadı 22 Noyabr 2019, 21:20 Mehriban Əliyeva Vladimir Putinlə görüşdü - FOTOLAR 22 Noyabr 2019, 21:06 Bərdəli gənc qızdırmadan ölüb 22 Noyabr 2019, 20:47 ABŞ-la Gürcüstan  hərbi əməkdaşlıq edəcək 22 Noyabr 2019, 20:33 Samuxdakı avtoqəzada iki qardaş xəsarət alıb 22 Noyabr 2019, 20:16 “Xəzər dialoqu 2019” forumunun tarixi bilindi 22 Noyabr 2019, 20:03 Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulub  22 Noyabr 2019, 19:50 Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb - FOTO 22 Noyabr 2019, 19:35 Arıqlama həbləri bu xəstəliklərə səbəb olur 22 Noyabr 2019, 19:24 Azərbaycanın Almaniyadakı səfirliyi Köln şəhərində səyyar qəbul təşkil edəcək 22 Noyabr 2019, 19:10 "Azərbaycan Dəmir Yolları"ndan qəzayla bağlı AÇIQLAMA 22 Noyabr 2019, 19:00 Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi 22 Noyabr 2019, 18:42 İstirahət günlərinin hava PROQNOZU  22 Noyabr 2019, 18:30 Polislər üçün yaddaş kitabçası hazırlandı 22 Noyabr 2019, 18:26 Əbülfəs Qarayev müşavirə keçirdi 22 Noyabr 2019, 18:21 Əli Hüseynli: “Azərbaycan və Rusiya arasında münasibətlər yeni mərhələyə keçib” - MÜSAHİBƏ 22 Noyabr 2019, 18:01 Bakıda daha bir çörək sexi bağlandı - FOTO 22 Noyabr 2019, 17:55 Rövşən Rzayev Beyləqanda qəbul keçirib 22 Noyabr 2019, 17:52 “Nar”dan hədiyyə qazanmaq imkanı! 22 Noyabr 2019, 17:45 Kürd liderdən Vaşinqtonda Türkiyə ETİRAFI 22 Noyabr 2019, 17:45 Məhəbbət Vəliyevadan məktəb direktorlarına XƏBƏRDARLIQ 22 Noyabr 2019, 17:36 Milli komandanın baş məşqçisi istefaya göndərilir 22 Noyabr 2019, 17:34 Şah Mat Teatrından növbəti tamaşa 22 Noyabr 2019, 17:30 Fəxrəddin Abbasovun məhkəməsi başladı 22 Noyabr 2019, 17:27 Manatın üç günlük məzənnəsi 22 Noyabr 2019, 17:23 Azercell Erasmus Tələbə Şəbəkəsinin Cənub-Şərqi Avropa Platformasının rəqəmsal tərəfdaşı olub 22 Noyabr 2019, 17:22 Tələbələrin dərslərinin bir hissəsi muzeylərdə keçirilməlidir - Əbülfəs Qarayev 22 Noyabr 2019, 17:10 Qidalardan niyə zəhərlənirik? - “Vaxtı keçmiş məhsulların etiketini dəyişib, satışa çıxarırlar”   22 Noyabr 2019, 17:05 Nazirliyin Mərdəkan MüalicəPansionatı istifadəyə verildi 22 Noyabr 2019, 17:03  “2020-ci ildə 100-ə qədər tələbənin xaricdə təhsili maliyyələşdiriləcək” 22 Noyabr 2019, 16:59 Bakıda yük maşını körpüdən aşıb, 2 nəfər ölüb - FOTO 22 Noyabr 2019, 16:50