Modern.az

Bakıda qardaş bacısını qətlə yetirdi

Bakıda qardaş bacısını qətlə yetirdi

Aktual

27 İyun 2019, 11:00

Bakıda qardaş bacısını bıçaqlayaraq öldürüb.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda baş verib.

 

Səbail rayonu, Xəqani küçəsi 1 saylı ünvanda 1998-ci il təvəllüdlü Turabova Pərvanə Nağı qızı bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Keçirilən əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Füzuli rayonu, Qacar kəndində qeydiyyatda olan və hazırda Bakının Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Turabov Qalib Nağı oğlu doğma bacısı Turabova Pərvanə Nağı qızını qəsdən bıçaqlayaraq qətlə yetirib.

 

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü