Modern.az

Onun-bunun ora-burasını kəsmək...

Onun-bunun ora-burasını kəsmək...

Aktual

11 İyul 2019, 11:49

Mülatif Adurov

Prezidentin fərdi təqaüdçüsü


Vərdişə çevrilmiş bu şou ədəbsizlikdən başqa bir şey deyil. Xəyalən də olsa verilişə dəvət almış sənət adamlarının əyninə ağ xalat geyindirib əlinə çubuq verərək, cərrah rolunda şəkilləri ekranda nümayiş etdirilən şəxsiyyətlərin bədən əzalarını kəsmək göstərişi verən aparıcının bu hərəkəti və danışığı sözün əsl mənasında ədəbsizlik, mədəniyyətsizlikdir.


Tanınmış şəxsiyyətin bədəni üzərində “cərahiyyə” aparmaq nə deməkdir? Bu şoudurmu? İştirakçı bir an düşünür: həmin şəxsin harasını “kəssin”. Adamın bədən əzalarında müəyyən qüsur ola bilər: birinin burnu böyük, dodağı şişman, qulağı uzun ola bilər. Bu o dümək deyil ki, veriliş onu səliqəyə salacaq. Əksinə... Məsələn, verilişlərdən birində iştirakçı  müğənni bilə-bilə çubuğu şəkildəki qadın müğənninin sinəsi üstünə tuşladı. Sonra isə gülə-gülə  həmin əzanın hətta adını da çəkərək “... kəsib yeyərəm” dedi. Belə hərəkətə tanınmış qadın müğənninin ailə üzvləri baxıb nə həzz aldılar?  Təsəvvür etmək çətindir. Elə buna görə də bəzən iştirakşılar aparıcıya “Ə...” deyə müraciət edir, hətta “Əəə, sənin özündən xəbərin yoxdur ey!..” deyirlər. Ayıbdir, utanc verən hərəkətdir. Bir anlığa həmin qadın müğənninin yerinə şirkət məmurlarından birinin şəkli verilsə və verilişə dəvət olunmuş müğənnilər (onların əksəriyyəti aparıcının dəvəti ilə müəyyən məbəğ müqabilində veriişə çağırılırlar və məbləği gizlətmədən tanış-dostları, qohumları vasitəsilə hamıya yayırlar) çübuğu şəkildəkinin elə yerinə toxundura bilərlər ki, şirkət məmuru biyabır olar və aparıcıya “əhsən” deyərmi?


Pul yığmaq dedim, bir fakt yada düşdü: özəl televiziya verilişlərində xəstəyə, imkansıza pul yığmaq yenidən dəbə düşüb: müalicə pulu, ev tikmək pulu və s. Xalqımız mərhəmətlidir, son qəpiyinədək pulunu əsirgəmir. Bəziləri də ekranda görünmək xətrinə zərfə pul qoyub verilişə gətirir. Yığılan pullar ünvanlna çatırmı? Aparıcılar canfəşanlıqla dönə-dönə tamaşaçılara müraciət edib az qala yalvarırlar. Bu yalvarışda bir maraq olmasa onlar belə “qayğıkeşlik” etməzlər. Elə buna görə də həmin aparıcıların dəbdəbəli villaları, bahalı avtomobilləri, daha nə desən varlarıdır. Deməli, yığılan pulların əksər qismi aparıcıların cibinə gedir. Bunları Milli Teleradio Şurası bilirmi? Bir tədbir görülmürsə, deməli həmin məbləğdən...


Daha bir şou xətrinə verilişlərdə səslənən “Hansı müğənninin...”, “Hansı aparıcının...” suallarına cavablar da şit gülüş yaratmaqdan başqa bir məqsəd daşımır. Bu, başqa söhbətin mövzusudur.

         
P.S. Söhbətin hansı şirkətlərin hansı verilişlərindən getməsi hamıya bəllidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü