Arxiv
12 İyul 2019, 11:08 | AKTUAL
Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı

Sentyabrın 28-dən oktyabrın 1-dək Azərbaycanda Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq festival dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığının tədqiqi və təbliği,  onun fikir və düşüncələrinin müasirlikdə əksini izləmək məqsədi daşıyır. Silsilə tədbirlərdə Nəsimi poeziyası, böyük mütəfəkkirin fəlsəfi ideyaları müxtəlif incəsənət növləri və onların ahəngi vasitəsilə tərənnüm ediləcək.

 

Xatırladaq ki, Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı ilk dəfə 2018-ci il sentyabrın 27-dən 30-dək keçirilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar bu il “Nəsimi ili” elan olunub.

 

Festival, ötən ilki kimi, şairin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə keçiriləcək. Layihə çərçivəsində həm Nəsiminin doğma diyarı Şamaxıda, həm də paytaxt Bakı və ətraf qəsəbələrdə müxtəlif sənət növləri və bilik sahələrini əhatə edən tədbirlər təşkil olunacaq.

 

Festivalda beynəlxalq miqyasda tanınmış nəsimişünaslar, şair və alimlər, filosoflar, rəssamlar, musiqi, rəqs və teatr qrupları iştirak edəcək. Rusiyalı psixoloq Aleksey Sıtnikov, italiyalı şair David Rondoni, Azərbaycan əsilli, Böyük Britaniyada yaşayan filosof və rəssam Zeyqəm Əzizov mühazirələrində Nəsimi fəlsəfəsi ilə dünyada məşhur olan bir sıra nəzəriyyə və konsepsiyalar arasında paralellər aparacaqlar.

 

Festival çərçivəsində, həmçinin almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hess və Böyük Britaniyada yaşayan tədqiqatçı Orxan Mirqasımovun Nəsimi və hürufilik haqda kitablarının təqdimatı olacaq.

 

Bu il ilk dəfə Nəsiminin bir seçilmiş qəzəlinə tədqiqatçı və şeir biliciləri öz şərhini təqdim edəcək, həmin təfsirlərin müzakirəsi keçiriləcək. Həmçinin Şamaxı şəhərində İmadəddin Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olacaq.

 

Festival çərçivəsində Mədəniyyət Nazirliyinin “SÖZ” layihəsinin gənc şairlər arasında elan etdiyi Nəsimi ruhunda, yaxud bilavasitə onun şeirlərinə nəzirə olan ən yaxşı poetik əsər müsabiqəsinin nəticələri də elan olunacaq.

 

Festival günlərində incəsənətin müxtəlif növlərinə dair bir sıra sərgilər açılacaq. Bakıda “Şirvanşahlar Sarayının sirləri” sərgisində yerli və xarici təsviri sənət ustalarının əsərləri – video art, qrafika, instalyasiyalar və kinetik obyektlər  nümayiş olunacaq. Azərbaycan Xalça Muzeyinin festival çərçivəsində söz ustadına həsr etdiyi xalça eskizi müsabiqəsinin yekun sərgisi də açılacaq. Ekspozisiyada müsabiqənin qalibi olan 3 əsər əsasında toxunulan xalçalar, təqdim edilən işlər arasından münsiflər heyətinin seçdiyi xalça eskizləri nümayiş olunacaq.

 

Bakının Qala qəsəbəsində istifadəsiz sənaye anbarında isə “Danışan divarlar” incəsənət layihəsi çərçivəsində yaradılmış əsərlərin təqdimatı olacaq. Bu layihə çərçivəsində Azərbaycan, Braziliya, Cənubi Afrika, İspaniya, Niderland və Fransadan olan rəssamların divarlar üzərində “urban/street art” (şəhər/küçə incəsənəti) janrında yaratdığı əsərlərlə tanışlıq olacaq.

 

“Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində “Daşın nəğməsi” IV Beynəlxalq heykəltəraşlıq simpoziumu və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VIII Beynəlxalq “Tullantıdan sənətə” sərgisi keçiriləcək.

 

Festival çərçivəsində Heydər Əliyev Mərkəzində sərgilər, o cümlədən Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin fərdi sərgisi açılacaq. Rəssamın məşhur “Ölümsüzlük otağı” (“Ölümsüzlük odası”) əsəri də ekspozisiyada nümayiş olunacaq. Heydər Əliyev Mərkəzində, həmçinin festivalın qala konserti keçiriləcək.

 

Festival günlərində keçirilən tədbirlərdə Azərbaycan incəsənət ustaları ilə yanaşı, ABŞ, Çin, Almaniya, Böyük Britaniya, Gürcüstan, Misir, Ukrayna, Fransa, Kanada, İordaniya və dünyanın bir sıra başqa ölkələrindən gələn ifaçılar da maraqlı proqramlarla çıxış edəcəklər.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə iki azyaşlı uşaq xəstəxanaya atılıb 23 İyul 2019, 00:09 26 il işğalda qalan Ağdam... 23 İyul 2019, 00:02 Azərbaycan nefti bahalaşdı 22 İyul 2019, 23:42 Gürcüstanda 4 bal gücündə zəlzələ 22 İyul 2019, 23:21 Bakıda bacısı təhqir edilən şəxs bıçaqlandı 22 İyul 2019, 23:02 Azərbaycanlı Ukrayna Ali Radasının deputatı seçildi 22 İyul 2019, 22:44 59 yaşın mübarək, Yunus Oğuz! 22 İyul 2019, 22:36 “Şüvəlan” fəaliyyətini dayandırdı 22 İyul 2019, 22:27 Azərbaycanın 6 atleti mübarizəni dayandırdı 22 İyul 2019, 22:13 Bu ölkələrə 10,5 milyon avro yardım edilir 22 İyul 2019, 21:58 87 dövlət əmlakı hərraca çıxarıldı 22 İyul 2019, 21:43 Azərbaycan komandası ilk oyunda uduzdu 22 İyul 2019, 21:29 Əli Babacanın  partiyasında bu şəxslər təmsil olunacaq 22 İyul 2019, 21:14 Nazir səfirlə müzakirə  apardı 22 İyul 2019, 20:59 “Bu gün mətbuat dövlətin himayəsində və qayğısında olmalıdır” - Əli Həsənov 22 İyul 2019, 20:44 Prezident mühüm qanunu imzaladı 22 İyul 2019, 20:29 Hacıqabulda 5 otaqlı ev yandı 22 İyul 2019, 20:16 Arvadını qətlə yetirən şəxsin istintaqı yekunlaşdı 22 İyul 2019, 20:01 "Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edir" - Mübariz Qurbanlı 22 İyul 2019, 19:45 Azərbaycan “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulur 22 İyul 2019, 19:35 Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ 22 İyul 2019, 19:30 İki qadın güləşçimiz gümüş medal qazandı 22 İyul 2019, 19:25 “Akkord” dezinformasiyalara aydınlıq gətirdi   22 İyul 2019, 19:16 Baş Prokurorluq jurnalistləri təbrik etdi 22 İyul 2019, 19:05 Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Fuad Ələsgərov şərh edir 22 İyul 2019, 18:56 Pendir alarkən və istehlak edərkən nəyə diqqət etməli? 22 İyul 2019, 18:47 “Vüsalə Ağabəylinin dekan kimi hansı nöqsanlara yol verdiyi faktlarla sübuta yetirilir” - Əfqan Abdullayev 22 İyul 2019, 18:38 BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib - FOTO 22 İyul 2019, 18:27 Prezident həmkarını təbrik edib 22 İyul 2019, 18:18 Ana 9 yaşlı oğlunu döydü, uşaq evdən qaçdı - FOTO   22 İyul 2019, 18:09 “Nar” yarışma keçirdi 22 İyul 2019, 18:00 Lənkəranda tank əleyhinə mina aşkarlanıb - FOTO 22 İyul 2019, 17:50 "Azərbaycan mötəbər yarışları ən yüksək səviyyədə keçirən ölkə kimi tanınır" - Ceyhun Bayramov 22 İyul 2019, 17:42 Ən aktiv mətbuat katibləri – Jurnalistlərin RƏYİ 22 İyul 2019, 17:34 “AZCLOUD Hackathon 2019″də qeydiyyatın bitməsinə sayılı günlər qaldı 22 İyul 2019, 17:25