Modern.az

Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edib

Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edib

Aktual

15 İyul 2019, 21:23

Azərbaycan ərazisinin 20 faizi hələ də Ermənistan tərəfindən işğal olunub, Ermənistan tərəfindən BMT-nin 4 məlum qətnaməsinin yerinə yetirilməməsi Dayanıqlı İnkişaf hədəflərində qarşıya qoyulan vəzifələrin həllini əngəlləyir.

Modern.az  “Report”a istinadən  xəbər verir ki, bu barədə Baş Nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Nyu-Yorkdakı BMT qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda ikinci Könüllü Milli Məruzəni təqdim edərkən bildirib.

Sülhsüz inkişaf olmadığını vurğulayan Ə.Əhmədov beynəlxalq ictimaiyyəti münaqişələri həll edərək sülhü bərqərar etməyə səsləyib. Baş Nazirin Ə.Əhmədov Qarabağ münaqişəsi həllini tapmasa belə, Azərbaycanın Dayanıqlı İnkişaf hədəflərilə bağlı təhsil, səhiyyə, sosial təminat, məşğulluq, xüsusilə də qaçqın və məcburi köçkünlərin məşğulluğu sahəsində bir sıra tədbirləri həyata keçirə bildiyini qeyd edib.

Bununla yanaşı, ölkənin iqtisadi inkişafı, orta və kiçik sahibkarlığın dəstəklənməsi, dövlət xidmətlərinin təkmilləşdirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində də mühüm islahatların həyata keçirildiyini diqqətə çatdıran natiq 2025-ci ilədək sosial-iqtisadi inkişaf, təhsil kimi sahələrdə əlavə tədbirlər görüləcəyini bildirib.

Xatırladaq ki, BMT-yə ikinci milli məruzəni təqdim etməyə yalnız 14 ölkənin haqqı var.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü