Modern.az

Ərəb turist Bakıda qadını döyüb? - RƏSMİ AÇIQLAMA

Ərəb turist Bakıda qadını döyüb? - RƏSMİ AÇIQLAMA

Aktual

17 İyul 2019, 12:07

Bakı şəhər Baş Polis İdarəsi sosial şəbəkələrdə Bakıda ərəb turistin qadını döyməsi ilə bağlı videomaterialla bağlı açıqlama yayıb.

 

Modern.az-ın xəbərinə görə, idarənin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Trend-ə açıqlamasında bildirib ki, sosial şəbəkədə Nərimanov rayonunda ərəb turistin küçədə qadını döyməsi ilə bağlı yayılan məlumat RPİ-də araşdırılıb:

"Dəqiqləşdirilmədən yayılan videoməlumatda deyilənlər həqiqəti əks etdirmir, həmin yerdə ərəb olmayıb, sadəcə Azərbaycan vətəndaşları arasında telefonla yüksək səslə danışıq müşahidə olunub. Ərazi üzrə Nərimanov RPİ əməkdaşları yaxınlaşaraq vətəndaşları nizam-intizama dəvət edib".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü