Modern.az

İspan idmançılar Atletlər kəndinə yerləşdirildi

İspan idmançılar Atletlər kəndinə yerləşdirildi

Aktual

19 İyul 2019, 12:45

“XV Avropa Gənclər Yay Olimpiya Festivalı”nın nəqliyyat əməliyyatları planına uyğun olaraq ilk daşımalara başlanılıb.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, iyulun 19-u səhər saatlarında paytaxta gələn İspan atletləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Atletlər kəndinə gətirilib.

 

Qeyd edək ki, qonaqların, atletlərin yarış və qeyri-yarış məkanlarına daşınmasına 136 ədəd Neoplan avtobus və 38 ədəd miniavtobus (Mercedes Sprinter) cəlb edilib. 

 

Qeyd edək ki, Festival iyulun 20-dən 28-dək Bakıda keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü