Arxiv
20 İyul 2019, 13:17 | AKTUAL
Ötən gün Bakıda 1102 sürücü cərimələndi

Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları ilə birgə iyulun 19-da jurnalistərin iştirakı ilə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirib.

 

İdarədən Modern.az-a verilən məlumata görə, paytaxtın bütün rayonlarını əhatə edən gücləndirilmiş tədbirlərə televiziyalar, informasiya agentlikləri, xəbər saytları, çəkiliş reportyor qrupları cəlb olunmaqla hüquq pozuntularının profilaktikası, küçə ticarəti, avara və dilənçiliklə məşğul olma ilə yanaşı, şəhər görkəminə xələl gətirən, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə – səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər hallarla bağlı fəal iş aparılıb.

 

Əməliyyat və profilaktiki tədbirlər nəticəsində müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 52 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, küçə ticarəti ilə məşğul olduqlarına görə 259 nəfər müəyyən edilib, 30 avara və dilənçilik, eləcə də xırda xuliqanlıq, xırda talama, antisanitariya və digər hallar aşkar edilib.

 

Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan ümumilikdə 1102, o cümlədən kobud qayda pozuntusuna yol verən 717 sürücü barəsində İXM-nin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub, çoxavazlı səs siqnalları, səs boğucular, sayrışan işıqlar və qanunla qadağan olunan digər əlavə avadanlıqlar quraşdırılan, eləcə də konstruksiyasında dəyişiklik edilən, avtomaşını sərxoş halda idarə edən sürücülər, avtoxuliqan və yolu müəyyən olunmayan yerdən keçən piyadalar müəyyən ediliblər.

 

Aşkarlanan hər bir hüqazidd əmələ görə qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülüb. Əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri çərçivəsində ictimai təhlükəsizlik idarə və şöbələrinin, post patrul, yol polisi və digər xidmətlərin əməkdaşları ilə birgə KİV nümayəndələri vətəndaşlarla fərdi profilaktik söhbətlər aparıb, şəhər sakinlərinin məsuliyyət hissinin artırılması, hüquqi düşüncənin formalaşması istiqamətində tövsiyələr veriblər.

 

Paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Həccə gedənlərin ilk qrupu Bakıya qayıtdı 21 Avqust 2019, 15:04 Bakıda DƏHŞƏT: uşaq və qadın Kamazın altından son anda xilas oldu - VİDEO 21 Avqust 2019, 14:52 Tramp Danimarka səfərini təxirə saldı 21 Avqust 2019, 14:30 Cəbhədə monitorinq insidentsiz başa çatıb 21 Avqust 2019, 14:17 BSU-nun tanınmış müəllimindən nazirə MÜRACİƏT  “İki övladım var...” 21 Avqust 2019, 14:06 Azərbaycanda vəzifəli şəxslər niyə gəlir deklarasiyası vermirlər... 21 Avqust 2019, 14:02 Bakıya gətirilən yeni liftlər hansı binalarda quraşdırlacaq? - AÇIQLAMA 21 Avqust 2019, 13:51 Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq 21 Avqust 2019, 13:51 Səfir Vilayət Quliyev: “Allah sözündən sonra ikinci ən müqəddəs söz Əsgər olmalıdır” 21 Avqust 2019, 13:44 AFFA bu klubları CƏRİMƏLƏDİ 21 Avqust 2019, 13:38 Pilotun xanımı: “Rəşadın iki balası adını layiqincə davam etdirəcək” 21 Avqust 2019, 13:35 Bu yay 29 nəfəri gün vurub 21 Avqust 2019, 13:32 Nazirlik rəsmisi məsuliyyətsiz insanları İTTİHAM ETDİ 21 Avqust 2019, 13:27 Rusiyada 25 yaşlı azərbaycanlı göldə boğuldu 21 Avqust 2019, 13:24 Pilot Rəşad Atakişiyev niyə katapult etməyib? - Mümkün EHTİMALLAR 21 Avqust 2019, 13:12 Sabah gözlənilən hava şəraiti AÇIQLANDI 21 Avqust 2019, 13:02 “Etibar Əliyev siyasətlə məşğul olmaq istəmədi” - Fazil Mustafa jurnalistlə təhsil ekspertinin davasından DANIŞDI 21 Avqust 2019, 12:51 “Hirkan”dakı yanğını söndürə bilmirlər - YENİLƏNİB + VİDEO 21 Avqust 2019, 12:22 Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb 21 Avqust 2019, 12:19 İcra başçısı daha bir kənddə səyyar görüş keçirdi 21 Avqust 2019, 12:15 Türklər erməni futbolçuya 2,2 milyon avro ödəyəcək 21 Avqust 2019, 11:56 Pilotumuz II Fəxri Xiyabanda dəfn olundu - YENİLƏNİB +FOTOLAR 21 Avqust 2019, 11:52 Azərbaycanda avtomobillərin buraxdığı zərərli qazların miqdarı yoxlanılır 21 Avqust 2019, 11:15 Allahın sevimli bəndəsi 21 Avqust 2019, 10:56 Əcnəbilərlə quda olan məmurlarımız - Elmar Məmmədyarov bu sırada ilk deyil 21 Avqust 2019, 10:54 Hirkan qoruğunda yanğının ətrafa yayılmasının qarşısı alınıb - FOTO 21 Avqust 2019, 10:44 Bu iki sinfin bütün məzunları ali məktəbə qəbul olundu - FOTOLAR 21 Avqust 2019, 10:20 “Abituriyent” jurnalının 9-cu və 10-cu sayları çıxdı 21 Avqust 2019, 10:10 Müəllimlərin işə qəbulu - bu gün daha 747 namizəd müsahibə olunacaq 21 Avqust 2019, 10:03 Müsavatdan Qabil Hüseynliyinin çağırışına REAKSİYA: “Dəfndə iştirak etmərik, amma...” 21 Avqust 2019, 09:53 “Rusiyanın ən varlı varisi” azərbaycanlıdır - REYTİNQ 21 Avqust 2019, 09:41 Ermənistan atəşkəsi 23 dəfə pozdu 21 Avqust 2019, 09:30 Hamıdan uşaq, hamıdan qoca - 55 yaşlı Rəşad Məcid 21 Avqust 2019, 09:20 Xəzərin sahilindəki nəzarətsiz çimərliklər qapadılmasa, ölüm-itim ARTACAQ 21 Avqust 2019, 08:48 206 əcnəbi Azərbaycandan qaçqın statusu almaq istəyir - RƏSMİ 21 Avqust 2019, 08:28