Modern.az

Sabah 41 dərəcə isti olacaq- Nazirlik məlumat yaydı

Sabah 41 dərəcə isti olacaq- Nazirlik məlumat yaydı

Aktual

21 İyul 2019, 12:45

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 21-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti təşkil edəcək.

 

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 35-40 % olacaq.

 

Abşeron çimərliklərində şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) Dəniz suyunun temperaturu 23-24° isti, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti təşkil edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı