Modern.az

UEFA "Fənərbaxça"nı 2 milyon avro cərimə etdi

UEFA

Aktual

21 İyul 2019, 14:05

İstanbulun "Fənərbaxça" futbol klubu gəlirlərin xərcləri üstələməsi qaydalarına riayət etmədiyinə görə, UEFA tərəfindən 2 milyon avro məbləğində cərimə olunub.

 

Modern.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, cəriməyə Klubların maliyyə vəziyyətlərinə nəzarət üzrə Məhkəmə Palatasının (CFCB) İstanbul klubunun 2018-ci ilin hesabat dövründə ziyansızlıq göstəricisi hədəfini yerinə yetirmədiyini müəyyən etməsi səbəb olub.

 

Bundan əlavə qurum müsbət maliyyə balansı olmayacağı təqdirdə "Fənərbaxça"nın 2020/21 və 2021/22-ci illər mövsümündə UEFA klub turnirlərində yeni oyunçuların qeydiyyatı məhdudlaşdırılacaq.

 

Eyni zamanda kluba yuxarıda göstərilən mövsümlərdə turnirlərdə 23-dən çox futbolçu qeydiyyata almaq məhdudiyyəti şamil ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü