Modern.az

Mingəçevirdə bir ailənin 4 üzvü qarpızdan zəhərləndi

Mingəçevirdə bir ailənin 4 üzvü qarpızdan zəhərləndi

Aktual

10 Avqust 2019, 22:11

Mingəçevirdə bir ailənin 4 üzvü qarpızdan zəhərlənib.

Modern.az  APA-ya istinadən xəbər verir ki,  hadisə Günəş küçəsi 84 ünvanında baş verib.

Belə ki, süfrə başında qarpız yeyən bir ailənin 4 üzvünün halı pisləşib və zəhərləndikləri məlum olub. Zəhərlənən şəxslər - 1960-cı il təvəllüdlü Şərifov Eldar Şərif oğlu, 1987-ci il təvəllüdlü Şərifova Tünzalə Arif qızı, 1966-cı il təvəllüdlü Şərifova İlhamə Fariz qızı və 1937-ci il təvəllüdlü Fəridə Kərimova dərhal xəstəxanaya yerləşdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü