Modern.az

Hacıqabuldakı ağır qəzada 19 nəfər yaralanıb – Səhiyyə Nazirliyi

Hacıqabuldakı ağır qəzada 19 nəfər yaralanıb – Səhiyyə Nazirliyi

Aktual

11 Avqust 2019, 09:39

Kürdəmir - Şirvan yolunun Hacuqabuldan keçən hissəsində ağır yol qəzası baş verib. "Mercedes" markalı sərnişin mikroavtobusu "Ford" markalı avtomobilllə toqquşub.  

Hadisə ilə bağlı Səhiyyə Nazirliyindən Modern.az-a verilən ilkin məlumata görə, 19 nəfər yaralanıb: "10 nəfər Şirvan xəstəxanasına aparılıb 9 nəfər Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib".

Kürdəmir Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, qəzadan sonra 6 qadın 2 kişi bir azyaşlı oğlan gətirilib: "Azyaşlı Bakıda Travmatologiya İnstituna (qolun amputasiyası), 2 kişinin isə Klinik Tibbi Mərkəzə keçirilməsi qərara alınıb".
Şirvan Mərkəzi Rayon Xəstəxanasına 4 kişi 6 qadın çatdırılıb: "Qadınların ikisində qapalı kəllə beyin travması etimal olunur. Yaralıların hamısına lazımı yardım göstərilir".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü