Modern.az

UEFA Superkubokunun qalibi bəlli olub - VİDEO

UEFA Superkubokunun qalibi bəlli olub - VİDEO

Aktual

15 Avqust 2019, 08:36

Ötən gecə UEFA Superkubokunun qalibi bəlli olub. 

Modern.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən görüşdə iki ingilis klubu üz-üzə gəlib.

Ötən mövsüm Çempionlar Liqasını qazanan “Liverpul”la Avropa Liqasının qalibi “Çelsi” qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Əlavə vaxtda da komandalar hərəyə bir dəfə fərqləndiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. On bir metrlik zərbəni daha dəqiq yerinə yetirən "Liverpul" 5:4 qalib gəlib. "Çelsi"də Temmi Abrahamın vurduğu penaltini qapıçı Adrian qaytarıb.


14 avqust

UEFA Superkuboku

“Liverpul” (İngiltərə) – “Çelsi” (İngiltərə) - 2:2 (penaltilər seriyası - 5:4)
Qollar:
 Jiru, 36 (0:1), Mane, 48 (1:1), 95 (2:1), Jorjinyo, 101-pen (2:2)
Baş hakim: Stefani Frappar (Fransa)
İstanbul. “Vodafon Park” stadionu

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü