Modern.az

Modern.az yazdı - Universitet müəllimlərinin problemi həll olundu

Modern.az yazdı - Universitet müəllimlərinin problemi həll olundu

Aktual

3 Sentyabr 2019, 09:18

Bir neçə ay öncə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bir qrup müəllimi Modern.az saytı vasitəsilə ölkə Prezidenti İlham Əliyevə müraciət etmişdi.

Müraciətin surətini saytımıza ünvanlayan müəllimlər bildiriblər ki, 1987-ci ildə Nazirlər Kabinetinin 20/396-cı qərarı ilə Universitetin 61 əməkdaşına Pirallahı rayonu Dübəndi bağ massivində hər nəfərə 6 sot olmaqla torpaq sahəsi ayrılıb. Lakin həmin müəllimlər onlara ayrılan torpaq sahəsini ala bilməyiblər.


Modern.az-ın məsələni işıqlandırmasından sonra bu müraciət digər mətbuat orqanlarında da yayımlandı və cavabsız qalmadı.


Əməkdar artist, aktyor və qiraətçi Azad Şükürov bununla bağlı özünün sosial şəbəkə hesabında məlumat yayımlayıb. O, əlaqədar təşkilatlara müvafiq göstəriş verməklə sıravi vətəndaşlara yüksək diqqət nümayiş etdirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə və I Vitse-prezinent Mehriban xanım Əliyevaya mədəniyyət xadimləri adından təşəkkür ünvanlayıb.


A.Şükürov paylaşımında bunları qeyd edib:

“Dövləti idarə edən şəxslərin gərgin iş qrafikləri çərçivəsində ölkənin bir qrup mədəniyyət xadimlərinə belə diqqət nümayiş etdirməsi bizi ruhlandırır və yeni-yeni yaradıcılıq uğurları qazanmağımıza sövq edir.
Eyni zamanda, ölkə başçısının bu məsələ ilə əlaqədar verdiyi göstərişə yüksək səviyyəli diqqət nümayiş etdirərək problemi müvafiq qanunların tələblərinə uyğun surətdə müsbət həll etdikləri üçün:
- Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova,
- Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin rəisi Hikmət Mustafayevə,
- Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Ərazi İdarəsinin rəisi Zəfər Abdulova dərin təşəkkürümüzü bildiririk”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü