Modern.az

İngiltərədə təyyarəni mehmanxanaya çevirdilər

İngiltərədə təyyarəni mehmanxanaya çevirdilər

Aktual

10 Sentyabr 2019, 12:09

İngiltərədə təyyarə otel otağına çevrilib. Toby Ris Davis adlı bir şəxs istismardan çıxmış “Airbus A319” alıb onu otelə çevirmək üçün 45.000 funt-sterlinq xərcləyib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bir gün üçün 220 dollar xərcləyən hər kəs təyyarə oteldə gecələyə bilər.

Cənubi Uelsdə yerləşən oteldə artıq 12 ailə gecələyərək bu qeyri-adi təcrübədən məmnun qaldıqlarını bildiriblər.

 

Onu da deyək ki, təyyarə o qədər böyük imiş ki, otelə çevirmək üçün onu iki  hissəyə bölməli olublar.

 

Rəna Kərimova

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü