Modern.az

Siqarsevərlər Bakıda bir araya gəldi

Siqarsevərlər Bakıda bir araya gəldi

Aktual

13 Sentyabr 2019, 16:18

Sentyabırın 13-də Bakıda ilk “Bakı Beynəlxalq Siqar Festivalı” start götürüb.


Modern.az Dövlət Turizm Agentliyinin dəstəyi ilə keçirilən festivala MDB və Avropanın bir sıra ölkələrindən 100-ə yaxın siqarsevərin qatılacağını xəbər verir.

Bakı Siqar Klubunun təşkilatçılığı ilə baş tutan festival 3 gün davam edəcək. Festival müddətində iştirakçılar üçün bir-birindən maraqlı və əyləncəli proqramlar keçiriləcək.


Eyni zamanda, festival çərçivəsində qonaqların Bakı haqqında ətraflı məlumatlandırılması məqsədilə paytaxtın tarixi-mədəni, gəzməli-görməli yerlərinə səfərlər təşkil olunacaq.

Qonaqlara, həmçinin Azərbaycanın milli mətbəxi, insanların qonaqpərvərliyi haqda geniş informasiya verilib.

Xatırladaq ki, Bakı Siqar Klubu ötən il Avropanın ən yaxşı klubu elan edilib.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü