Modern.az

Ağsuda zəlzələnin nəticələrinin aradan qaldırılmasına 2 milyon manat ayrıldı - SƏRƏNCAM

Ağsuda zəlzələnin nəticələrinin aradan qaldırılmasına 2 milyon manat ayrıldı - SƏRƏNCAM

Aktual

13 Sentyabr 2019, 18:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağsu rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatına görə, sərəncama əsasən baş vermiş zəlzələ nəticəsində Ağsu rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat Ağsu Rayon İcra Hakimiyyətinə ayrılır.

 

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü