Arxiv
14 Sentyabr 2019, 21:57 | TƏHSİL
Rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlar - REKTOR ÇIXIŞ YOLU GÖSTƏRDİ

"Bu gün müzakirə olunan kölgə iqtisadiyyatı problemi paradoksal səslənsə də, bütövlükdə təhsil sisteminin məhsulu olan mütəxəssislər tərəfindən yaradılıb və eləcə də təhsil sisteminin məhsulu olan mütəxəsisslər tərəfindən həmin problem həll edilməyə çalışılır. Bu faktın özü təhsildə ziddiyətin olduğunu bir daha təsdiqləyir və göstərir ki, təhsil sistemi öz məzunlarına bilikdən başqa digər vacib keyfiyyətlərin də, mən deyərdim dəyərlərin aşılanmasında hələ də zəifdir. Təhsildə dəyərlər məsələsinə çıxışımın sonunda bir daha qayıdacağam".

 

Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov  Vergilər Nazirliyi, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkil etdiyi "Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi" adlı tədbirdə çıxışı zamanı bildirib.

"Rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlar: Nə etməli?" mövzusunda çıxış edən Ə.Muradov qeyd edib ki, rəqəmsal iqtisadiyyat təhsil qarşısında ciddi cağırışlar yaratmaqla yeni yanaşmaları zəruri edir: "İlk öncə qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyən edilmiş vəzifələrə uyğun olaraq və Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsilə ayırdığı diqqət və gündəlik qayğısı sayəsində ölkəmizin ali təhsil sisteminin də müasir tələblərə uyğunlaşdırılması istiqamətində ciddi islahatlar davam etdirilir, təhsildə yeni dəyərlər formalaşdırılmaqdadır.


Ədalət xatirinə qeyd etmək lazımdır ki, müstəqillik əldə etdikdən sonra uzun müddət ərzində yaşadığımız dövrün fərqli özəlliyi kimi, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidi qabartdıq. Yəqin ki, bu doğrudur. Həm də o doğrudur ki, bu, demək olar ki, bütün postsovet ölkələrində baş verdi. Bu istiqamətdə müzakirələr, tədqiqatlar hələ də davam edir. Ancaq həqiqət həm də ondadır ki, bu zaman “maddi” iqtisadiyyatdan “bilik” iqtisadiyyatına, həm də rəqəmsal iqtisadiyyata keçid və bununla əlaqədar əmək bazarında baş vermiş dəyişikliklər, tələb olunan kompetensiyaların öyrənilməsi və formalaşdırılması diqqətdən kənarda qaldı. Etiraf edək ki, bu yeni çağırış ali təhsil tərəfindən qəbul edilməmiş qaldı. Başqa sözlə, ali təhsil müəssisələri müasir mütəxəssislərə olan yeni tələblərə qeyri-həssas qaldılar. Məhz bunun nəticəsində təhsil prosesində formalaşmış vərdişlərlə iş yerində tələb olunan vərdişlər arasında uyğunluq yaratmaq mümkün olmadı və bir sıra hallarda bu uyğunsuzluq hətta artdı. Rəqəmsal iqtisadiyyat təhsil qarşısında ciddi cağırışlar yaratmaqla yeni yanaşmaları zəruri edir".

Rektor qeyd edib ki, bBütün dünya ölkələri kimi, Azərbaycan da rəqəmsal texnologiyaların inkişafı ilə əlaqədar olan ümumdünya tendensiyaların təsirinə məruz qalır: "Bu gün inkişaf etmiş ölkələrin iqtisadi və sosial inkişaf modellərini dəyişən rəqəmsallaşmanın tətbiqi qarşımızda ciddi məsələlər qoyur. Rəqəmsallaşma yeni sahələrin inkişafının əsası olmaqla yanaşı, həm də vacib sosial funksiyalar yerinə yetirir və cəmiyyətdə mövcüd olan problemlərin həllinə ciddi töhfələr verir.


Rəqəmsallaşma əmək bazarını, təhsili köklü surətdə dəyişir.


Yeri gəlmişkən, rəqəmsallaşma həm də iqtisadiyyat elminin əsas paradiqması ətrafında ciddi müzakirələri qaçılmaz edir. Belə ki, iqtisadiyyat elmi məhdud resursların artan tələbi ödəmək üçün səmərəli istifadəni özündə ehtiva etdiyi halda, rəqəmsal iqtisadiyyatda resursların məhdudluğu haqqında danışmaq artıq ciddi qəbul edilmir. Çünki rəqəmsal iqtisadiyyatda resurslar doğrudan da məhdud deyil. Rəqəmsal iqtisadiyyat miqyas effektinin də aktuallığını itirir.


Rəqəmsallaşma prosesinin əsas amilləri yüksəkixtisaslı mütəxəssislərlə yanaşı, müvafiq iş yerlərinin mövcud olmasıdır. Bu, təhsil və rəqəmsal iqtisadiyyatın birgə fəaliyyətini tələb edir, bunu qaçılmaz edir.


Yuxarıda qeyd etdiyimiz kimi, rəqəmsal iqtisadiyyata keçid əmək bazarını köklü sürətdə dəyişir. Rəqəmsal vərdişlər həlledici tələb kimi önə çıxır. Mütəxəssisə olan tələbin köklü transformasiyası baş verir.


Rəqəmsal iqtisadiyyat həm də təkrarlanan əməliyyatları yerinə yetirən peşələrə tələbin azalmasını, texnologiyaların sürətlə dəyişməsilə əlaqədar peşələrin həyat tsiklinin qısalmasını, mütəxəssisin çevikliyinin və adaptivliyinin artmasını şərtləndirir. Eləcə də, yumşaq vərdişlərə, yəni sosial və emosional intellektə malik olmağı, son nəticədə insanı texnikadan fərqləndirən bacarıqlara və “rəqəmsal çevikliyə”, yəni nəticəni yaxşılaşdırmaq məqsədilə yeni texnologiyaları tətbiq etmək bacarığı və istəyi olan mütəxəsisslərə tələbi artırır. Rəqəmsal iqtisadiyyat ayrı-ayrı ixtisasları deyil, kompetensiyaları ön plana çıxarır.
Rəqəmsal iqtisadiyyatın təsirinə dair iki rəqəm.


McKinsey hesablamalarına görə, iş yerlərinin avtomatlaşması hesabına dünya ÜDM-i 2030-cu ilə qədər 9 trilyon dollar arta bilər. 2030-cu ilə qədər dünya işçi qüvvəsinin təqribən 14 faizi öz peşəsini dəyişmək məcburiyyətində qalacaq".

Bütün bunların ali təhsilimizi ciddi çağırışlarla üz-üzə qoyduğunu qeyd edən Ə.Muradov  nə etməli? sualına cavab verib:


1. Rəqəmsal iqtisadiyyat üçün yüksəkixtisaslı mütəxəsisslər hazırlamaq üçün ən vacib istiqamətlər üzrə öyrədən proqramların tətbiqi üzrə işlərə başlamaq lazımdır. Birgə tədris proqramlarının həyata keçirilməsi vacibdir.
2. Yeni ixtisaslar ölkəyə gətirilməlidir. Bu gün, əmək bazarında ən çox çatışmayan kompetensiyalar kommunikasiya və əməkdaşlıq, tənqidi və kreativ təfəkkür, eləcə də özünü inkişafa və təhsilə, özünütənzimləmə vərdişlərinə orientasiyadır. Yeni ixtisaslar və kompetensiyalar bu istiqamətdə universitetlərin səlahiyyət və sərbəstliyinin artırılmasını tələb edir.
3. XXI əsrin ən vacib özəlliklərindən biri təhsilin qloballaşmasıdır. Bununla əlaqədar olaraq, həm istedadlı qənclər uğrunda, həm də dəyərlərin yayılması uğrunda rəqabət sərtləşir. Təsadüfi deyil ki, qlobal təhsil məhsulları, kütləvi on-line kurslar, eləcə də təhsil keyfiyyətinin beynəlxalq müqayisəsi, universitetlərin reytinqi geniş vüsət alır. Dünyada özünəməxsus təhsil ierarxiyası formalaşır və bu ierarxiyanın aşağısında olan universitetlər heç şübhəsiz ki, ən perspektivli alim və tələbələrin emiqrasiyası, özlərinin təhsil brendinin dəyərdən düşməsi ilə üzləşəcəklər. Düşünürük ki, rəqəmsallaşma ali təhsilimizdə zəif yerlərimizi güclü tərəflərimizə çevirmək üçün real imkanlar yarada bilər. Məhz bunu nəzərə alaraq il ərzində 20 min tələbəyə distant təhsil verə biləcək müasir texnologiyalarla təchiz edilmiş. UNEC EXTERN yaratmışıq və təklif edirik ki, ölkəmiz bu prosesə ən qısa vaxt ərzində qoşulsun və ilk olaraq distant təhsil forması əcnəbilərə, təkrar ali təhsilə, yenidənhazırlığa və əlillərin təhsilinə tətbiq edilə bilər.
4. Rəqəmsal iqtisadiyyat ali təhsili ciddi sürətdə təsnifatlaşdırmağı tələb edir. Düşünürük ki, rəqəmsal iqtisadiyyat tələblərinə cavab verən ali təhsil kütləvi ola bilməz. Bu təhsil elitar olmalı və ancaq cəmiyyətdə intellektilə seçilmişlərin seçimi olmalıdır. Ali təhsilin kütləviliyini də qəbul edərək düşünürük ki, kütləvi ali təhsil XXI əsrdə əsasən distant olsa daha məqsədəuyğundur.
5. Rəqəmsal iqtisadiyyatın yaratdığı digər ciddi bir çağırış budur: milli ali təhsil sistemi mütəxəssis hazırlığında milli əmək bazarının tələblərini əsas tutmalıdır yoxsa beynəlxalq əmək bazarının tələblərini? Düşünürük ki, milli əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı vəzifəsi beynəlxalq əmək bazarı üçün rəqabətqabilliyətli mütəxəssis hazırlığı vəzifəsilə ziddiyət təşkil edir. Və bu ziddiyyət milli əmək bazarının keyfiyyət tələblərilə beynəlxalq əmək bazarının keyfiyyət tələbləri arasında olan ciddi uyğunsuzluqdan qaynaqlanır. Bu baxımdan milli ali təhsil sistemi əmək bazarının tələblərindən daha çox, bazar iqtisadiyyatı tələblərinə uyğun müvafiq kompetensiyalara malik mütəxəssis hazırlamalıdır.
6. Və sonuncu və bəlkə də rəqəmsal iqtisadiyyat və eləcə də bu gün müzakirə olunan gizli iqtisadiyyat baxımından ən vacib olan bir məqam. Əminəm ki, siz mənimlə razılaşacaqsınız. Bu təhsildə dəyər məsələsidir. Təsadüfi deyil ki, mən çıxışımı də təhsildə dəyərlərdən başladım. Universitetlər təkcə biliyə deyil, həm də dəyərlərə fokuslanmalı və onu təmin etmək yollarına daha çox diqqət ayırmalıdırlar.
Bəllidir ki, dəyərlərin güclə bərqərar edilməsi həmişə uğursuzluqla nəticələnir. Icazə verin Amazon şirkətinin rəhbəri Cef Bezosun 2010-cu ildə Prinstonda etdiyi çıxışdan bir tezislə öz çıxışımı tamamlayım. Onun çıxışı belə adlanır: “Bizi biz edən - seçimlərimizdir”.
Bezos çıxışını qəmli hekayə ilə başlayır. Bezos 10 yaşında baba və nənəsilə səyahətə çıxır. O, hesablayır ki, 2 dəqiqə siqaret çəkməsi nənəsinin ömrünü 9 il azaldır. Bu haqda o, nənəsinə deyəndə, nənəsi ağlayır. Babası maşını saxlayır və balaca Bezosa yumşaq formada deyir: “Nə vaxtsa sən başa düşəcəksən ki, xeyirxah olmaq ağıllı olmaqdan çətindir”.
Bu hadisəni danışan Bezos deyir: “Ağıl – istedaddır, xeyirxahlıq isə seçımdir. Istedadla bağlı hər şey bəllidir və sadədir, o, bizə, verilib. Seçim isə çox çətin ola bilər”.
Əminik ki, Universitetlər bu əsas fərqi mənimsəməkdə öz tələbələrinə yardım etməlidirlər və onları həvəsləndirməlidirlər ki, tələbələr heç olmasa hərdən aglı yox, xeyirxahlığı seçsinlər. Düşünürəm ki, bu gün bu əsas vəzifədir".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sidikdə qanın görülməsi çox ciddi xəstəliklərə işarət edir - HƏKİM 9 Dekabr 2019, 13:12 Sabah bu ərazilər işıqsız qalacaq - "Azərişıq"dən XƏBƏRDARLIQ 9 Dekabr 2019, 13:05 Sabah da yağış yağacaq   9 Dekabr 2019, 13:01 Ali məktəb imtahanları ilə bağlı rektorlara göstəriş - Nazir əmr imzaladı 9 Dekabr 2019, 12:56 Putin Zelenski ilə nələri müzakirə edəcək? 9 Dekabr 2019, 12:55 Ermənilər Azərbaycanla sərhəddə doğulan hər körpəyə 1000 dollar ödəyəcək 9 Dekabr 2019, 12:48 Azərbaycan Kommunist Partiyasında QALMAQAL? - Sədr: “Bu bir oyundur” 9 Dekabr 2019, 12:44 Bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüş keçirilib - FOTO  9 Dekabr 2019, 12:27 Bakının yeni Baş Planının bəzi detalları açıqlandı 9 Dekabr 2019, 12:20 BAXCP növbədənkənar parlament seçkilərində iştirak edəcək 9 Dekabr 2019, 12:13 “Keşlə” klubundan bacısı intihar edən futbolçu ilə bağlı AÇIQLAMA 9 Dekabr 2019, 12:09 V çağırışın fəal deputatlarının siyahısı: Mərhum Yevda Abramov qalib seçildi 9 Dekabr 2019, 12:07 Günəş tutulacaq - Bakıdan izləmək mümkün olacaq 9 Dekabr 2019, 12:01 Niyazi Bayramov sakinlərin problemləri ilə yerində maraqlanıb - FOTO 9 Dekabr 2019, 11:56 Təhsil naziri: “Gələn ildən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq 9 Dekabr 2019, 11:56 Riqada bir gün - FOTO 9 Dekabr 2019, 11:47 Xırdalanda yaşayış evində partlayış: ev sahibi ağır yaralanıb   9 Dekabr 2019, 11:43 İlham Əliyev rusiyalı naziri qəbul edib - FOTO 9 Dekabr 2019, 11:38 Azərbaycanda Fəal Yaşlanma İndeksi hazırlanacaq 9 Dekabr 2019, 11:35 “20 Yanvar”ın 30 illiyi necə qeyd olunacaq? 9 Dekabr 2019, 11:34 Dəm qazı ölümləri ilə bağlı cinayət işi açıldı 9 Dekabr 2019, 11:30 “Onlar bu cür xəstə təfəkkürlə çox da uzağa gedə bilməyəcəklər” - Deputat 9 Dekabr 2019, 11:21 SƏLİS-lə bağlı ATƏT PA-nın prezidentinə müraciət edildi 9 Dekabr 2019, 11:16 Vaxtından əvvəl və bağırsağı çöldə doğulan körpəni ATU həkimləri sağaltdı    9 Dekabr 2019, 11:12 Faktiki hava AÇIQLANDI 9 Dekabr 2019, 11:07 Bakıda futbolçunun bacısının intiharı ilə bağlı cinayət işi açıldı 9 Dekabr 2019, 11:06 Səudiyyə Ərəbistanının nümayəndələri BANM-a gəldilər 9 Dekabr 2019, 11:03 Əli Əliyevin partiyasından növbədənkənar seçki AÇIQLAMASI 9 Dekabr 2019, 10:55 Dadaş Dadaşlinski hamını geridə qoydu 9 Dekabr 2019, 10:52 Kapital Bank beynəlxalq “Baku DevFest 2019” tədbirinə dəstək göstərib 9 Dekabr 2019, 10:08 Ermənistan ordusu sərhəd rayonlarımızı atəşə tutub 9 Dekabr 2019, 09:55 Gölməçəyə çevrilən paytaxt küçələri - Dövlət Agentliyi səbəbləri AÇIQLADI  9 Dekabr 2019, 09:36 Milli Məclisin deputatları AŞPA-nın büro və komitə iclaslarına gediblər 9 Dekabr 2019, 09:36 “Məni buna müsavatçılar məcbur etdi” - Gültəkin Hacıbəyli İsa Qəmbərin gizli təklifini AÇIQLADI 9 Dekabr 2019, 09:30 Unudulmaz səslər: Erməniləri qəzəbləndirən, Mərkəzi Komitədən töhmət alan XALQ ARTİSTİMİZ 9 Dekabr 2019, 08:44