Bakıda ictimai nəqliyyatda insident baş verib.
Modern.az xəbər verir ki, hadisə Nəsimi rayonu akademik Həsən Əliyev küçəsində baş verib.
Belə ki, 61 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edın “Otokar” markalı avtobusun dayanacaqdan kənar yerdə qarşısını kəsərək saxlatdıran sərnişin əsəbi halda nəqliyyat vasitəsinə zərər vurub.
O, avtobusun şüşəsilənlərini qoparıb, həmçinin zərbələr endirərək nəqliyyat vasitəsinin ön şüşəsini sındırıb.
Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Onun barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.