Modern.az

FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir

FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir

İdman

Bu gün, 02:14

FİFA texniki xəta nəticəsində "pulsuz" alınan dünya çempionatı biletlərini ləğv edib.

Modern.az xəbər verir ki, "Reuters" nəşrinin məlumatına görə, təxminən 60 nəfərin bileti sistemdəki səhv səbəbdən 0 dollar kimi rəsmiləşdirilib. Sonradan FİFA həmin biletləri ləğv edərək sahiblərinə rəsmi bildiriş göndərib.

Qurumun məlumatına görə, biletlər rezervasiyada saxlanılır və azarkeşlər müvafiq məbləği ödəyərək prosesi tamamlaya bilərlər. FİFA baş verən texniki nasazlığa görə təəssüfləndiyini açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlıların olduğu gəmiləri kim vurdu? - Ölənlər sayı açıqlandı