Modern.az

Komitə sədri: “Azərbaycanda orta ömür uzunluğu yüksəlib”

Komitə sədri: “Azərbaycanda orta ömür uzunluğu yüksəlib”

Aktual

1 Oktyabr 2019, 12:51

Son 15 ildə ölkəmizin ümumidaxili məhsul istehsalı 3,3 dəfə artıb. 

 

Modern.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib. 

 

O bildirib ki, qeyri-neft sektoru üzrə məhsul istehsalı 2,8, sənaye məhsulu istehsalı 2,6 dəfə artıb: 

 

"Yük daşınması 2,1 dəfə, sərnişin daşınması isə 2,2 dəfə artıb. İnformaisya və rabitə xidmətlərinin həcmi 12,3, pərakəndə ticarət dövriyyəsinin həcmi isə 12,2 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 6,6 dəfə artıb". 

 


Komitə sədrinin sözlərinə görə, son 15 il ərzində nikahların sayında 11.4 faiz artım olub:

 

“Ömür uzunluğu isə 73.4 yaşdan 75.8 yaşa yüksəlib. O cümlədən kişilər üzrə 70.8 yaşdan 73.3 yaşa, qadınlar üzrə 76.1 yaşdan 78.2 yaşa qədər artıb. Ana ölümü əmsalı da aşağı düşüb. Ana ölümü əmsalı doğulan hər 100 min nəfərdə 26.3-dən 12.2-ə enib. Körpələr üzrə əmsal isə 11.4-dən 11.1-ə enib. 5 yaşadək uşaq ölümlərinin sayı 14.4-dən 13.1-ə qədər azalıb". 

 

Tahir Budaqov əlavə edib ki, miqrasiya saldosu yüksəkdir:

 

"Bu rəqəm son 10 ildə 14 min 800 təşkil edir".

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü