Modern.az

Türk müğənnidən xərçəngdən əziyyət çəkən azərbaycanlıya DƏSTƏK

Türk müğənnidən xərçəngdən əziyyət çəkən azərbaycanlıya DƏSTƏK

Aktual

2 Oktyabr 2019, 16:22

Türkiyəli tanınmış müğənni Haluk Levent Bakıda konsert vermək istəyir.

 

Modern.az xəbər verir ki, o bu barədə təklifi özünün sosial şəbəkə hesabında paylaşıb. Müğənni konsertdən yığılan pulu azərbaycanlı xərçəng xəstəsinə yardım üçün bağışlayacağını söyləyib:

“Sura Nadirova... Linfa xərçəngindən əziyyət çəkir, 22 yaşı var. Türkiyə vətəndaşı olmadığı üçün valilik icazəsi yoxdur. 400 min türk lirəsinə ehtiyacı var (təxmini 119 min Azərbaycan manatı). Azərbaycanın dövlət rəsmilərinə müraciət edirəm. Bakıda çox dinləyicim var. Biletli konsert təşkil edin, toplanan pulu Sura üçün bağışlayaq. Qardaşlığımızı gücləndirək”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü