Modern.az

Mənzil alan şəhid ailələri: “Sevincimizin həddi-hüdudu yoxdur!”

Mənzil alan şəhid ailələri: “Sevincimizin həddi-hüdudu yoxdur!”

Aktual

7 Oktyabr 2019, 18:18

“Aprel şəhidləri - gizirlər Rahim Tağıyevin və Rüstəm Əhmədovun ailələrinə Müdafiə Nazirliyi tərəfindən mənizl verilib”.

Bu barədə Modern.az-a Aprel şəhidi Raquf Orucovun həyat yoldaşı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə məlumat verib.

 

Gizir Rahim Tağıyevın xanımı Vüsalə Tağıyeva Modern.az-a bildirib ki, sevincinin həddi-hüdudu yoxdur:

 

“Bizə bu işdə dəstək olan, əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Allah hamısının canını sağ eləsin. Üç övladımız var – 1 qız, 2 oğlan. Sabah balaca oğlumun ad günüdür. Bu, bizim ən böyük hədiyyəmiz oldu. Hazırda Mingəçevir şəhərində yaşayırıq, amma mənzil bizə Gəncə şəhərində verildi. Bu işdə bizə ən böyük dəstəyi Sevinc xanım göstərdi. Allah onun da, bütün kömək olanların da canını sağ eləsin. Uzun müddətdir bu xəbəri gözləyirdim, amma düzü, ümidim də yox idi”.

 

Vüsalə xanım qeyd edib ki, onlar hazırda 2 otaqlı mənzildə yaşayırlar.

 

“Çox çətin vəziyyətdəydik. Uşaqlar yatmağa, durmağa yer tapmırdılar. Allah Prezidentimizin canını sağ eləsin”.

 

Gizir Rüstəm Əhmədovun atası Oruc Əhmədov isə bildirib ki, xəbəri eşidəndə çox təəcüblənib:

 

“Xəbəri bizə Nazirlikdən verdilər. İnanırsız, sevincdən əlim-ayağım əsirdi. Allah cənab Prezidentimizdən razı olsun. Həmçinin, bu işdə zəhməti olan hər bir insanın Allah köməyinə çatsın. Vətənin bütövlüyü uğrunda canından keçmiş balamın töküldüyü qan bu gün dövlət tərəfindən qiymətləndirilib. Mən çox minnətdaram.  Bu gün mənim balamın iki övladı mənzillə təmin olunub”.

 

Oruc Əhmədov qeyd edib ki, sabah lazım olan sənədləri toplayıb aidiyyatı qurumlara təqdim edəcək:

 

“Mən arzu edirəm ki, prezidentimizin uğurlu siyasəti nəticəsində torpaqlarımız sülh yolu ilə geri alınsın. Heç bir ata-ana gözüyaşlı qalmasın. Allah bütün şəhid ailələrini, qazilərini, onların övladlarını sevindirsin”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü