Modern.az

Rəsmi Bakı Türkiyənin “Sülh çeşməsi” əməliyyatını DƏSTƏKLƏDİ

Rəsmi Bakı Türkiyənin “Sülh çeşməsi” əməliyyatını DƏSTƏKLƏDİ

Aktual

11 Oktyabr 2019, 14:09

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Türkiyənin Suriyada başlatdığı “Sülh çeşməsi” əmələliyyatına rəsmi münasibət bildirib.

 

Modern.az-ın məlumatına görə, rəsmi Bakı yaydığı bəyanatda Ankaranın terrorizmlə mübarizə üçün Suriyada keçirilən “Sülh  çeşməsi” əməliyyatını dəstəkləyib.

“Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəkləyir. Bu mənada biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü