Modern.az

“BakıBUS” avtobuslarını necə qoruya bilir...

“BakıBUS” avtobuslarını necə qoruya bilir...

Aktual

22 Oktyabr 2019, 11:44

““BakıBUS” avtobusları 5 ildir ki, fəaliyyət göstərir və bu müddət ərzində həmin avtobuslara göstərilən gündəlik texniki xidmət sayəsində hələ də yaxşı vəziyyətdədir”.

 

Bu sözləri Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Modern.az-a bildirib.

 

O qeyd edib ki, qəzalar zamanı avtobuslara zərər dəysə də, problem qısa vaxtda aradan qaldırılıb.

 

““BakıBUS”ın ötən 5 il ərzində bu cür saz vəziyyətdə qalması düzgün qaraj idarəetmə sisteminin fəaliyyəti nəticəsində mümkün olub. “BakuBUS”lar axşam reysə gələndən, səhər reysə çıxana qədər iş ahənginə dəqiq əməl edilməklə fəaliyyət göstərir. Əvvəlki dövrlərdə Bakıya müxtəlif markalı avtobuslar gətirilmişdi, lakin həmin avtobuslar qısa vaxtda sıradan çıxmışdı. Amma “BakuBUS”ın avtobusları 2015-ci ildən fasiləsiz işləməsinə baxmayaraq, heç bir texniki problemi yoxdur”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü