Modern.az

Korporativ Sosial Məsuliyyət və QHT-lər

Korporativ Sosial Məsuliyyət və QHT-lər

29 Fevral 2012, 11:38

Yaşadığımız dövrdə dünya sürətlə dəyişir, köhnə dəyərlər yenilərlə  əvəzlənir.Bu dəyişilikləri düzgün istiqamətləndirmək üçün cəmiyyəti idarə edən qurumlar isə yeni düşüncə sistemi ilə tanış olmalı, onu praktiki baxımdan icra etməyi bacarmalıdırlar. Bu düşüncə sisteminin ən önəmlilərinədən biri də Korporativ Sosial Məsuliyyət (KSM) anlayışıdır.

Son illərdə ictimai-sosial  leksikonumuza daxil olan Korporativ Sosial Məsuliyyət (KSM) anlayışı bu gün bir çox  biznes qurumları ilə yanaşı   QHT-lərin  maraqlandığı  anlayışlardandır. Korporativ Sosial Məsuliyyət anlamının mahiyyətini, mənasını və cəmiyyət üçün əhəmiyyətini araşdırmaq  və öyrənmək hər şeydən öncə vətəndaş cəmiyyətinin əsas strukturlarından olan QHT-lər  üçün faydalı ola bilər. KSM-in QHT-lər tərəfindən öyrənilməsi eyni zamanda onların biznes qurumaları ilə tərəfdaş kimi çıxış etmələri üçün əhəmiyyətlidir.

Mövcud ədəbiyyatlarda Korporativ Sosial Məsuliyyət biznes strukturlarının maraqlı tərəflərlə (icmalar, təşkilatlar, bələdiyyələr, təhsil və mədəniyyət ocaqları və s.) qarşılıqlı əlaqədə həyata keçirdiyi,davamlı inkişafa yönələn iqtisadi,ekoloji və sosial tədbirlərin ardıcıl sistemidir. Bu da özünü ilk növbədə biznes qurumunun könüllü sosial investisiya qoyuluşlarına, sosial proqramların icra olunmasına maddi,texnik və digər dəstəyində göstərir. Bunu eyni zamanda QHT-Biznes əməkdaşlığı kimi də başa düşmək olar.

Ümumiyyətlə, müasir KSM anlayışının yaranması və inkişafı Qərb ölkələrinin adı ilə bağlı olsa da, bəzi tədqiqatçılar KSM-in ilkin rüşeyimlərinin Şərqdə yarandığını söyləyirlər.Buna misal kimi isə Əxiləri - Sənətkar və tacir birliklərini göstərirlər ki, onların fəaliyyət prinsipləri,etik davranış  normaları və s. müasir KSM anlayışı ilə üst –üstə düşür.

Artıq Qərbdə KSM-in artıq formalaşmış və oturuşmuş ənənələri vardır ki,  bu da xüsusi  qəbul olunmuş norma və qanunlarla,standatlarla tənzimlənir. Qərb ölkələrində dövlətin qəbul olunumuş davranış normalarının icrasını təmin edən təsisat kimi nəzərdən keçirilməsi ilə əlaqədar olaraq müəsissələrdə qanunvericilik müəyyən edilmiş səhiyyə sığortası,pensiaya təminatı və digər sosial öhdəliklər mövcuddur. Məlumdur ki, biznes strukturlarında sоsial prоblеmlərin həlli üçün mühüm оlan maddi və maliyyə rеsurslarına malikdirlər. Bеlə bir işdə özlərinin əsas rоllarının nədən ibarət оlduğunun biznеs qurumlarının rəhbərləri tərəfindən dərk еdilməsi 20-ci əsrin sоnlarında «Kоrpоrativ Sоsial Məsuliyyət» anlayışının mеydana gəlməsinə səbəb оldu ki, bu da təkcə biznеsin dеyil, еləcə də, bütünlükdə bəşəriyyətin inkişafına əsaslı yardım göstərə bilər.

KSM-in inkişaf tarixinə nəzər salıqda aydın olur ki, KSM bir neçə inkişaf mərhələsi keçmişdir. Ekspertlər KSM –in birinci inkişaf mərhələsində biznes qurumlarını yaradan  və öz cəmiyyətinə yardım etmək niyyətində olan insanlardan ibarət qrupu qeyd edirlər. Ikinci mərhələ isə korporativ xeyriyyəçilik  kimi nəzərdən keçirilir ki, burada biznes qurumları tərəfindən  cəmiyyətə “töhfə vermə”(giving back) proqramlarının hazırlanması və icra olunması qeyd olunur. Üçüncü mərhələ “strateji xeyriyyəçilik”, biznes maraqlarının və icma ehtiyacların müəyyən olunmuş proqramlar vasitəsilə birləşməsidir.

Bu gün hər kəs sual verə bilər ki, bəs biznes qurumlarının KSM proqramını həyata keçirməsi və sosial layihələrə maliyyə ayırması onlara  nə kimi fayda verir? Bu suala cavab olaraq qeyd etmək lazımdır ki, biznes sturukturlarında KSM-in mövcudluğu onlar üçün şəffalığın artması,risklərin idarə olunması,rəqabət mühitinin yaxşılaşması, xarici sərmayələrin cəlb olunması kimi faydalı imkanlar yaradır.

Azərbaycanda da sоsial məsuliyyətin yaranması və formalaşmasını müəyyən tariхi var.   Hələ 19-cu əsrin sоnlarından Azərbaycanın neft sənayesinin inkişafı nəticəsində formalaşan milli burjuaziyanın nümayəndələri ölkə əhalisinin sоsial vəziyyətinin yaхşılaşması, yoxsul təbəqəyə məхsus оlan istеdadlı gənclərin təhsil alması, məktəb və xəstəxana tikilməsi,yolların çəkilməsi,  tеatr və mədəniyyət оcaqlarının açılmasına dəstək olmuş, əhalinin hərtərəfli maariflənməsinə hər cür yardım etmişlər.  

Aparılan araşdırmalar və müşahidələr  göstərir ki, bu gün  Azərbaycanda  KSM-lə bağlı tarixi ənənələr mövcud olsa da, ölkədə fəaliyyət göstərən biznes qurumları əsasən KSM sahəsində yalnız özlərinin şirkətdaxili normativ-hüquqi aktlarına uyğun fəaliyyət göstərməyə üstünlük verirlər. Bu da ölkə üzrə KSM-in mövcudluğunu qeyri – müəyyən edir. Azərbaycanda fəaliyyət göstərən bir sıra iri biznes qurumları var ki, onların KSM sahəsindəki işləri qismən də olsa nəzərə çarpır, amma onlar da çox məhdud dairədə fəaliyyət göstərir. Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, bu biznes qurumları əsasən xarici sahibkarlar məxsusdur. KSM sahəsində yerli şirkətlər arasında isə  iş görən tapmaq çətin məsələdir.

Bu gün hər bir biznes qurumu cəmiyyətə və ətraf mühitə təsir edən qərarlarında və fəaliyyətlərində şəffaflığı təmin etməlidir, ictimai təşkilatlarla ümumi sosial problemlərin həllində tərəfdaşlığın qurulmasında maraqlı olmalıdır.

Hesab edirik ki, biznes qurumlarının bu istiqamətdə fəaliyyətinin qurumlmasında QHT-lər onlarla daha yaxşı əməkdaş qisimində iştirak edə bilərlər. Ekspertlərə görə QHT-Biznes əməkdaşlığının əsas məqsədi biznes icmasının cəmiyyətlə dialoquna və sosial  tərəfdaşlığına metodiki və informasiya  dəstəyi göstərməkdir. Təəssüflər olsun ki, bu ölkəmizdə KSM sahəsində, QHT-Biznes əməkdaşlığında ciddi problemlər və bu əməkdaşlığa mane olan amillər mövcuddur. Bu özünü həm biznes qurumlarında, həm də QHT-lərdə aşkar şəkildə göstərir. QHT-Biznes əməkdaşlığına mane olan amillər əsasən aşağıdakı kimi ümumiləşdirmək  olar.

-          KSM-lə bağlı  mövcud qanunvericilik bazasının və ana dilində ədəbiyyatın olmaması;

-          KSM sahəsində inistutlaşma və tədrisin olmaması;

-          Beynəlxalq təcrübənin kifayət qədər öyrənilməməsi;

-          KSM mədəniyyətinin zəifliyi;

-          KSM sahəsində kadr və mütəxəssis potensiallığının azlığı;

-          KSM sahəsində maarifləndirmə işinin zəifliyi və s.

-          Biznes qurumlarının bu sahəyə maraq göstərməməsi (xüsusən yerli)

-          Yerli QHT-lərə inamın olmamağı və etimadsızlıq;

-          QHT-lərin PR (ictimayyətlə əlaqələr) işini düzgün qura bilməməsi və s.

Göründüyü kimi KSM-in inkişafında  biznes qrumları ilə bərabər QHT-lərin də üzərinə böyük işlər düşür. Yuxarıda sadalanan maneləri aradan qaldırmaq üçün QHT-lər fəaliyyət göstərdikləri istiqamətdə biznes qurumlarını informasiya ilə təmin etməli, saziş və konsepsiyalara hazırlamalı, onlarla intensiv əməkdaşlıq etməli və birgə fəaliyyət  birlikləri yaratmalıdır. Bəzən QHT-lər hər hansı bir layihə ilə bağlı biznes qurumuna müracət edib müsbət cavab almayanda ruhdan düşür və bunun mənasız olduğunu düşünür.

Türkiyə Korporativ Sosial Məsuliyyət qurumunun prezdenti Serdar Dinlerin söylədiyinə görə o, bu istiqamətədə fəaliyyətə 1995-ci ildə başlasa da, öz məqsədinə 2004-cü ildə nail olmuşdur. Hər dəfə onu qəbul edən şirkət rəhbəri müxtəlif bəhanələrlə KSM-lə bağlı verilən təkliflərdən boyun qaçırsa da, nəhayət  Serdar Dinlər 9 ildən sonra onu öz təkliflərinə inandıra bilmiş və həmin şirkəti KSM sahəsində fəaliyyətə başlamağa razı sala bilmişdir.

Ekspertlər bir məqamı da qeyd edirlər ki, bu gün Turkiyədə vətəndaş cəmiyyəti proqramlarının dəstəklənməsində biznes strukturlarının payı 20 faizdən artıqdır. Həmçinin Türkiyədə biznes qisamüddətli dövr üçün nəzərdə tutulan sosial proqramları deyil, kimi uzunmüddətli dövr üçün aktual olan strateji problemlərin həllinə dəstək verir (PKK problemi, Avropa Birliyinə inteqrasiya və s.). Bu nümunələri digər ölkələrin təcrübələrində də görmək olar. Təəssüflə qeyd etmək lazımdır  ki, Azərbaycanda biznes icmaları cəmiyyət və dövlət üçün aktual bir sıra  problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təbliğ edilməsi sahəsində proqramların həyata keçirilməsinə və dəstəklənməsinə  səy göstərmirlər. Buna görə də ölkədə fəaliyyət göstərən, gəlir əldə edən şirkətlər və korporasiyaları geniş miqyaslı əməkdaşlığa cəlb etmək üçün effektli mexanizm işlənib hazırlanmalıdır. Bu gün Azərbaycanda kifayət qədər iş adamları fəaliyyət göstərir, milli sahibkarlıq institutu formalaşmışdır. Milli sahibkarlıq institutuları da milli donor qisimində vətəndaş cəmiyyəti ilə birgə, sistemli şəklində fəaliyyət göstərməsi bir çox  problemlərinə həllinə dəstək olmuş olar.

Azərbaycan Respublikasının Prezidenti yanında  QHT –lərə Dövlət Dəstəyi Şurasının Qaradağ Sement Şirkəti ilə birgə QHT-lər üçün qrant ayırmasını  bu istiqamətdə təqdirəlayiq hal kimi qiymətləndirmək olar. Bu istiqamətdə görülən işlər digər biznes qurumları üçün örnək ola bilər.

Millli donor institutu kimi özəl sektorun da vətəndaş cəmiyyətinin inkişafına kömək olmasını təmin etmək məqsədi ilə lazımi qanunvericilik bazasının formalaşdırılması və onların bu istiqamətdə həvəsləndirilməsi üçün bir sıra addımların atılması vacibdir.(Məsələn: özəl sektor tərəfindən vətəndaş cəmiyyətinin inkişafına ayrılan maliyyə yardımlarına vergi güzəştlərinin tətbiqi, vətəndaşların və özəl sektorun ödədiyi vergilərin müəyyən faizinin hansısa QHT və ya humanitar təşkilata ayrılması barədə vergi orqanına tapşırıq verilməsi  s.)  bu sahədə münasibətləri tənzimləmək üçün ilkin olaraq Azərbaycanda korporativ sosial məsuliyyət haqqında qanun qəbul olunmalıdır.

Ümumiyyətlə, QHT-lər də KSM formalaşmasında və inkişafında həlledici rol oynamalıdırlar.  Aparılan araşdırmalar və təhlilər onu deməyə əsas verir ki, respublikamızda  KSM sahəsində həm biznes qurumları, həm də QHT-lər arasında maarifləndirmə işlərinin aparılmasına ciddi ehtiyac var.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü