Arxiv
1 Noyabr 2019, 18:28 | MEDİA
"Klassik qəzetçilik modelinin sıradan çıxmasına imkan vermək olmaz" - Akif Aşırlı

"Yeni medianın imkanları həm də çap mediasının imkanları deməkdir"

 

Azərbaycan mətbuatında öz dəst-xətti ilə seçilən "Şərq" qəzetinin yaradılmasından 23 il ötür. Əsası 1996-cı il noyabrın 1-də qoyulan "Şərq" qəzeti Azərbaycan jurnalistikasında öz möhürünü vurmuş, öz çəkisi, nüfuzu olan mətbuat orqanıdır. Ötən illər ərzində "Şərq" qəzeti Azərbaycan jurnalistikası üçün kadr yetişdirmək prosesində də fəal iştirak edib. Qəzet yaranandan indiyə kimi redaksiyada 120-dən çox jurnalist formalaşıb. İndi onlar müxtəlif mətbuat orqanları, xəbər portalları, televiziya kanalları və dövlət qurumlarında çalışırlar.

 

Baş redaktor Akif Aşırlı “Şərq”in 23-cü ad günü ilə bağlı Modern.az-ın suallarını cavablandırıb. Baş redaktor əlamətdar günlə bağlı təəssüratlarını bu cür ifadə edib:

 

““Şərq” qəzetinin 23 illiyi münasibətilə bütün “Şərq”çiləri təbrik edirəm. Onların işində fəaliyyətində uğurlar arzu edirəm. “Şərq”də yaradıcılıq, eyni zamanda həyati təcrübə keçən, özünü “şərq”çi hesab edən, cəmiyyətin müxtəlif sahələrində çalışan onlarla keçmiş əməkdaşımız var. Onların hər birini təbrik edirəm. Hesab edirəm ki, “Şərq”in 23 il yaşamasında onların hər birinin xidmətləri var. Şərq qəzeti ölkənin mətbuat tarixində öz fikri, imzası, möhürü olan qəzetdir. Hətta bəzi müəllimlər, media ekspertləri, medianın tarixi ilə məşğul olanlar belə “Şərq”i məktəb hesab edirlər. Düşünürəm ki, bu məktəbi keçənlər, belə şərəfli yolla qürur duya bilərlər. İndi də “Şərq” öz fəaliyyətini davam etdirir. Bizim əsas prinsipimiz obyektivlik, dürüstlükdür, hadisələrin balanslı təqdimatıdır. Cəmiyyətdə peşə dəyərlərimizi qorumaqdır. Xüsusilə, peşə dəyərlərini, milli düşüncə tərzini, türkçülük ruhunu öləziməyə qoymamaqdır. Buna görə “Şərq” mübariz, hətta dəfələrlə məhkəmə prosesləri keçirmiş, üzərində məhkəmə sanksiyaları olmuş qəzetdir. Ən böyük hökmü isə ayrı-ayrı fərdlər deyil, zaman verir. “Şərq”in mayasındakı halallıq, peşəkarlıq qəzetin yaşamasını stimullaşdırır. Düşünürəm ki, “Şərq” qəzeti bundan sonra da öz oxucularına söykənərək, dövlətin dəstəyinə arxalananaraq, güvənərək öz fəaliyyətini davam etdirəcək. Ölkədə klassik qəzetçilik modelinin sıradan çıxmasına imkan vermək olmaz”.

- Bəs bu günü kollektivlə birlikdə necə qeyd etdiniz?

- Sadəcə bir tort alıb, redaksiyamızda 23 illiyimizi keçirdik. Əksər ad günlərini redaksiyada sadə tədbirlə yola salmışıq. Yəqin ki, 25 yaşımızda – yuvarlaq ad günümüzdə maddi imkanlarımız əl verərsə, daha yaxşı formada keçirməyi düşünə bilərik.

- Yeni media ilə ayaqlaşmaq baxımından qəzetin çətinlikləri nələrdir? Elektron media, sosial şəbəkələr qəzetin qorunmasına mane törədirmi?

- Çap mediası təəssüf ki, bir müddət rəqabətsizlik mühitində fəaliyyət göstərdiyi, rəqabət imkanları olmadığı üçün biz bunun ağrı-acısını çəkirik. Həmişə öyrəşmişik ki, formada olaq. Ölkədə normal rəqabət mühiti yaransın. Etik ölçüləri gözləyərək, sırf peşə dəyərinə, qanunlarına və günün ən aktual problemləri haqqında fəqli düşüncə tərzlərini gətirib, cəmiyyətə təqdim etməyi hədəfləmişik. Yeni medianın gəlişi ilə çap mediasına həm də rəqabət abu-havası qarışdı. Ancaq biz fəqli müstəvilərdə mübarizə aparırıq. Yeni medianın imkanları həm də çap mediasının imkanları deməkdir. Xəbərin sürətlə alınması, sürətlə ötürülməsi, keyfiyyətli işin ortaya qoyulması, daha çox vizual imkanlardan istifadə və s. imkanlar çap mediası üçün də əlverişli zəmindir. Biz yaradıcılıq imkanlarını qəzetin müəyyən çərçivəsinə sığdırmalıyıq. Amma yeni media imkan yaradır ki, bundan geniş bəhrələnəsən. “Şərq” qəzetinin onlayn saytı da operativ fəaliyyət göstərir, “IP” sayı gündən-günə artır. Bunu təhlil edirik və məqsəd qoymuşuq ki, saytımız onlayn rejimdə daha çevik olsun. Biz təkcə analitik təhlilləri, informasiyaları qəzet səhifələrində yerləşdirməyək, həm də yeni medianın imkanlarından istifadə edib, informasiya siyasətimizi həyata keçirək. Qəzetdə bununla bağlı yaradıcılıq bölgüsü də var.

- Bir müddət əvvəl abunə kampaniyası həyata keçirmişdiniz. Bu, effektini göstərdimi?

- Başladığımız kampaniya qəzetlərin yaşaması üçün müqavimət idi. Müəyyən mənada həm də cəmiyyətin aydınlarına mesaj ötürdük ki, çap mətbuatı oxucu mədəniyyətini formalaşdıran vasitələrdən biridir. Ənənəvi mətbuatı sıradan çıxarmaq cəmiyyətin oxumamazlıq problemini bir az da artıracaq. Biz həm kitab, həm də qəzet çapının oxucusunun artıracağına inanırıq. Qəzetə abunə çağırışı kampaniyasına o qədər geniş olmayan təbəqə - ziyalılar daha çox reaksiya bildirdilər. Amma mən üzümü sahibkarlara tuturam. Azərbaycanın daha yaxşı inkişafı haqqında gen-bol danışan, dövlətin onlara yaratdığı imkanlardan istifadə edən həmin sahibkarlara müraciət edirəm. Onlar hüquqları pozulanda həmişə deyirlər ki, media haradadır? Bəs medianın oxucu auditoriyası, maddi imkanları zəifləyəndə, siz haradasınız? Media sizdən kömək umanda, klassik medianın yaşaması üçün ortaya nə qoymusunuz? Qəzetlərə dövlətin maddi dəstəyi var, düzdür. Amma dövlətin borcu deyil ki, bütün qəzetləri maliyyələşdirsin. Bizim isə dövlətdən başqa tutacaq yerimiz qalmayıb. Gəlir yerimiz yoxdur.

- Bəs belə məqamda öz-özünü maliyyələşdirmək üçün hansı planları qarşıya qoymusunuz?

- Qəzetlər, ümumiyyətlə, media orqanlarının öz-özünü maliyyələşdirməsi üçün birinci növbədə islahatlar həyata keçirilməlidir. Biz gələcək fəaliyyətimizi müəyyən plan əsasında həyata keçirməliyik ki, müstəqilliyə doğru addım ataq. Bunun üçün çox ciddi islahatlara ehtiyac var. Həm çap mediasının bazarı, həm də onu yayma arealı öyrənilməlidir, problemlər ortaya çıxarılıb, öz həllini tapmalıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Teledərslərin bu günə olan CƏDVƏLİ 2 Dekabr 2020, 00:10 Messi Çempionlar Liqasında daha bir oyunu buraxacaq 2 Dekabr 2020, 00:00 Paşinyanın istefasını tələb edən daha 35 nəfər saxlanıldı 1 Dekabr 2020, 23:50 İŞİD Əkrəm İmamoğlunu öldürmək istədi 1 Dekabr 2020, 23:37 “Ölümün qolları güclü olsa da, Vətən məhəbbəti güclüdür ondan” - 30 yaşlı Şuşa qəhrəmanı   1 Dekabr 2020, 23:32 Əfqanıstanda Rusiya səfirliyinin avtomobili partladıldı 1 Dekabr 2020, 23:22 Ceyhun Bayramov qətərli həmkarı ilə danışdı 1 Dekabr 2020, 23:11 Almaniyada dəhşətli hadisə 1 Dekabr 2020, 23:00 Ceyhun Bayramov Çavuşoğlu ilə Laçını müzakirə etdi 1 Dekabr 2020, 22:50 Sumqayıtda mənzildə qadın meyiti aşkarlandı 1 Dekabr 2020, 22:45 Azadlıq meydanı parada hazırlaşır - FOTO 1 Dekabr 2020, 22:35 “Qarabağ” və “Zəfər” ordenləri hansı xidmətlərə görə verilir? 1 Dekabr 2020, 22:24 Laçın yolu və bu yolu açan dəmir yumruq 1 Dekabr 2020, 22:11 Ermənistanın məğlubiyyətinin “Yol xəritəsi” 1 Dekabr 2020, 21:57 “NATO Qarabağ münaqişəsinin tərəfi deyil” - Baş katib 1 Dekabr 2020, 21:32 “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı bu şəxslərə veriləcək 1 Dekabr 2020, 21:20 Maradonanın psixiatrının evində axtarış aparılır 1 Dekabr 2020, 21:11 İşğaldan azad edilən rayonlar üzrə təsis edilən medallar - FOTO 1 Dekabr 2020, 21:00 Nazirlər Kabineti pandemiya ilə bağlı qərarında dəyişiklik etdi 1 Dekabr 2020, 20:50 Türkiyədə koronavirusdan rekord sayda ölüm 1 Dekabr 2020, 20:42 Şuşanı azad edənlər bu medalla təltif olunacaqlar 1 Dekabr 2020, 20:29 Stalin haqqında miflər və əfsanələr 1 Dekabr 2020, 20:20 “Suqovuşanın azad olunmasına görə” medalın Əsasnaməsi təsdiqləndi 1 Dekabr 2020, 20:13 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 1 Dekabr 2020, 20:04 Böyük dövlətlərin koronavirus vaksini YARIŞI 1 Dekabr 2020, 19:38 Vilyam Hacıyevin həbs müddəti daha 3 ay uzadıldı 1 Dekabr 2020, 19:23 Putinin hərbi bloku Qarabağdakı vəziyyəti müzakirə edib 1 Dekabr 2020, 19:15 Şəhid ailələri və müharibə əlillərinə hansı sosial dəstək göstərilir - SİYAHI     1 Dekabr 2020, 19:08 Azərbaycanda “Vətən müharibəsi iştirakçısı” medalı bu şəxslərə veriləcək 1 Dekabr 2020, 18:54 Almaniyada faciə: 2 ölü, 14 yaralı 1 Dekabr 2020, 18:39 Azərbaycanın elm və mədəniyyət xadimlərindən Fransaya ETİRAZ 1 Dekabr 2020, 18:31 “Qarabağ” ordeninin statutu müəyyənləşib 1 Dekabr 2020, 18:23 Hərbi Dəniz Qüvvələri hərbi hissəyə geri qayıdıb 1 Dekabr 2020, 18:19 Sülhməramlılar üçün maddi-texniki təminat vasitələrinin gətirildi - FOTO 1 Dekabr 2020, 18:15 İlham Əliyevin çıxışı Misir mətbuatında... 1 Dekabr 2020, 18:11
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?