Modern.az

Mətbuat Şurasına sədr müavinləri, icraçı katib seçildi - ADLAR

Mətbuat Şurasına sədr müavinləri, icraçı katib seçildi - ADLAR

Media

Bu gün, 00:06

Noyabrın 5-də Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin (İH) ilk iclası keçirilib.

Bu barədə Modern.az-a qurumdan məlumat verilib.

Sədr Vüqar Zifəroğlu İH-nin yeni tərkibinin qarşısında bir sıra mühüm vəzifələrin icrasının dayandığını bildirib. O, Şuranın işinin müasir dövrün çağırışlarına adekvat qurulmasının zəruriliyi üzərində dayanıb.

İclasda aparılan müzakirələrdən sonra İH üzvlərindən Müşfiq Ələsgərli və Elmira Musazadə Mətbuat Şurası sədrinin müavinləri seçiliblər.

Qurumun Nizamnaməsinə görə, MŞ sədrinin müavinləri növbəlilik əsasında – 2 il müddətinə Şikayətlər üzrə komissiyaya rəhbərlik edəcəklər. Birinci müddətə rəhbərlik sədr müavini M.Ələsgərliyə həvalə olunub.

İclasda MŞ-nin digər komissiyalarının sədrləri müəyyənləşdirilib və qərara alınıb ki, onlar Şuranın növbəti iclasınadək rəhbəri olduqları qurumların fəaliyyət proqramları, həmçinin tərkibləri ilə bağlı təklifləri Şuranın Katibliyinə təqdim etsinlər. Toplantıda o da bildirilib ki, komissiyaların intensivliyini artırmaq üçün onların işinə İH üzvləri ilə yanaşı, müvafiq sahə ekspertlərinin və mütəxəssislərin də cəlb edilmələri ümumi işə fayda verəcək.

İH-nin iclasında Şura sədri V.Zifəroğlunun təqdimatı əsasında MŞ-nin icraçı katibi də təsdiqlənib. Bu vəzifəyə Əvəz Rüstəmovun namizədliyi məqbul qiymətləndirilib. MŞ İdarə Heyətinin üzvü Əminə Yusifqızı Şuranın Ahıl Jurnalistlər Məclisinin sədri seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib