Modern.az

QHT Şurasının üzvlüyünə seçkilər yekunlaşıb

QHT Şurasının üzvlüyünə seçkilər yekunlaşıb

Qarabağ

3 Mart 2012, 21:53

Martın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə daha iki QHT qrupunda seçkilər keçirildi və bununla seçki kampaniyası yekunlaşdı.

Səhiyyə, sağlamlıq və ekologiya qrupu üzrə 35 QHT nümayəndəsi və 8 namizədin iştirakı ilə keçirilən seçkilərdə ilk üç yeri aşağıdakı şəxslər qazandı: Hüseynova Gülnarə Alxas qızı (Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri) – 25 səs, İsmayılova Nailə İsgəndər qızı (“Yeni həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri) – 16, Yusubova Qəmzə Xanlar qızı (Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri) -14 səs.               

Narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə qrupu üzrə 39 QHT nümayəndəsi və 5 namizədin iştirakı ilə keçirilən seçkilərdə ilk üç yeri aşağıdakı şəxslər qazandı: Nuriyev Əliməmməd Mali oğlu (Konstitusiya Araşdırmalar Fondunun prezidenti) – 39 səs, Abbasbəyli Əhməd Nəbi oğlu (Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri) – 10 səs, İbrahimli Qadir Nadir oğlu (“Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin sədri) – 8 səs.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü