Modern.az

Azərbaycanda benzin istehsalı artıb - RƏSMİ  

Azərbaycanda benzin istehsalı artıb - RƏSMİ  

20 Noyabr 2019, 14:37

Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2544,8 milyon manat olmaqla əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,8 faiz azalıb.

 

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, neft məhsullarından avtomobil benzininin, sürtkü yağlarının, neft bitimunun, ağ neftin, neft koksunun istehsalı azalmış, yanacaq mazutunun, dizel yanacağının, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı artıb.

 

Rəsmi məlumata görə, 2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə 1039,1 min ton dizel yanacağı, 1004,8 min ton avtomobil benzini, 296,2 min ton aviasiya üçün ağ neft, 196,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 175,0 min ton neft bitumu, 136,2 min ton maye qaz, 39,2 min ton sürtkü yağları istehlak edilib.

 

Neft məhsullarının istehsalı sahəsində

 

əsas məhsul növlərinin buraxılışı Məhsul növləri

2019-cu ilin yanvar-oktyabr aylarında

istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.11.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı

Avtomobil benzini, min ton

947,6

93,9

14,3

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

203,3

119,4

-

Ağ neft, min ton

490,8

96,8

48,8

Dizel yanacağı, min ton

1714,0

106,1

74,4

Yanacaq mazutu, min ton

98,9

133,8

6,6

Sürtkü yağları, min ton

18,9

17,0

10,8

Neft bitumu, min ton

205,4

83,1

12,6

Neft koksu, min ton

198,3

96,4

15,3

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır