Modern.az

Jurnalistin “Kərkükdən Bakıya” adlı kitabı çıxdı

Jurnalistin “Kərkükdən Bakıya” adlı kitabı çıxdı

Aktual

22 Dekabr 2019, 15:34

Türk dünyası haqqında maraqlı araşdırmaları ilə tanınan jurnalist Ağanisə Sultanovanın dördüncü kitabı nəşr olunub. 

Modern.az xəbər verir ki,  jurnalistin "Kərkükdən Bakıya" adlı kitabı  İŞİD - dən (DAEŞ) sonrakı İraqa, Bağdada, Ərbilə, xüsusilə də türkmən qardaşlarımızın tarixi torpaqları Kərkük, Türkmənelinə, soydaşlarımızın bugünkü yaşamına, siyasi, mədəni həyatlarına həsr olunub. 

Eyni zamanda kitabda Səddam Hüseyn dönəmində türkmənlərə qarşı şüurlu şəkildə törədilən 1980-ci ilin yanvar soyqırımından, Altınkörpü soyqırımından, repressiyalardan və s. bəhs edilir.

A.Sultanova kitab haqqında danışarkən Kərkük, Türkməneli səfərində hər addımda dəstək olan şəxslərə təşəkkürünü ünvanlayıb:

 

"Səfərim zamanı böyük qonaqpərvərlik göstərən İraq Türkməneli Partiyasının başqanı Riyaz Sarıkahyaya, onun gözəl ailəsinə, Yılmaz Hüseyin qardaşıma, türkmən qardaşlarıma çox təşəkkür edirəm".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var