Modern.az

Hafiz Hacıyevi Göygöldən qovublar? - “Mənə düşmən olan qüvvələr çoxdur”

Hafiz Hacıyevi Göygöldən qovublar? - “Mənə düşmən olan qüvvələr çoxdur”

Aktual

27 Dekabr 2019, 12:21

“Yaxın vaxtlarda partiyamız parlament seçkiləri ilə bağlı respublika üzrə geniş təbliğat-təşviqat işlərinə başlayacaq”.

 

Bunu Modern.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O, qeyd edib ki, özü 101 saylı Göygöl-Daşkəsən dairəsindən deputatlığa namizədliyini irəli sürməyi düşünür:

 

“Rayon sakinləri həmin dairədən namizədliyimi irəli sürməyimi təklif ediblər. Mən də onlarla razılaşacağam”.

 

H.Hacıyev sosial şəbəkələrdə Göygöldə yerli əhali tərəfindən etirazla qarşılandığı barədə yayılan iddialara da münasibət bildirib:

 

“Mən hələ Bakıdan kənara çıxmamışam, Göygölə addımımı atmamışam, belə şayiələr yayılır. Mənə düşmən olan qüvvələr çoxdur. Bu dezinformasiyaları yayanlar da elə düşmənlərimizdir. Həmin ərazidə əksəriyyət qohumlar, tanışlar, məni yaxşı tanıyan insanlardır.

Ölkədə 4 dəfə prezidentlik idiasında olan şəxs kimi yerli əhali də mənə ehtiramını göstərir. Prezident seçkilərində kifayət qədər səs toplamış bir insan kimi, belə məsələlərdə acizliyim yoxdur. Hətta sonuncu prezident seçkilərində topladığım səs 4-5 deputat yeri edir”.

 

Partiya sədrinin sözlərinə görə, hələlik dairədə rəsmi rəqibi yoxdur:

 

“4-5 gənc namizədliyini irəli sürmək istəyib. Onlar biləndə ki, Hafiz Hacıyev bu dairədən parlament seçkilərinə qatılır, hamısı müraciətini geri götürüb. Bildiriblər ki, Hafiz Hacıyev varsa, biz bu yarışda geri durmalıyıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü