Modern.az

Samuxda partlayış zamanı nənə və nəvə xəsarət aldı

Samuxda partlayış zamanı nənə və nəvə xəsarət aldı

Hadisə

7 Yanvar 2020, 23:30

Samuxda partlayış baş verib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1956-cı il təvəllüdlü İsmayılova Elmira Kərəm qızı və onun nəvəsi 6 yaşlı İsmayılova Elmira Elçin qızı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralılara lazımi tibbi  yardım göstərilib, nənənin vəziyyətinin kafi olduğu bildirilir. Uşaq isə səhhətinin ciddiliyi ilə əlaqədar paytaxt xəstəxanalarından birinə göndərilib.

Qeyd edək ki, hadisə yaşayış evində qaz sızmasından baş verdiyi ehtimal olunur. Təfərrüatlar araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı