Arxiv
30 Dekabr 2009, 17:56 | REPORTAJ
Azay Quliyev seçkiöncəsi seçicilərinə konkret vəd verməyib

“525-ci qəzet» və Modern.az saytının «Deputat vədi» adlı birgə layihəsi çərçivəsində əməkdaşımız Şirvan şəhərində olub. 46 saylı Şirvan Seşki Dairəsindən müstəqillik dövründə Naira Şaxtaxtinskaya, Mirmahmud Fəttayev, mərhum Mikayıl Mirzə mandat qazanıblar. Amma Şirvanda onlardan yarıyan olmayıb. Şirvanlıların indi Milli Məclisdıki mandatlı təmsilçisi deputat Azay Quliyevdir. Bəs A.Quliyev necə, 2005-ci ilədək deputat sarıdan bəxti gətirməyən seçicilərin etimadını doğrulda bilibmi?

Əvvəllər Əli Bayramlı kimi tanınan bu şəhəri indi hətta yaşlı nəsil belə, Şirvan adlandırır. Elə bil buranın adı yüz illər boyu Şirvan olub. Şirvanda həm Azay Quliyevin, həm də köməkçisinin ofisi var. Şəhərdə bizə bələdçilik edənlərdən öyrəndik ki, deputat Azay Quiyev ayda bir dəfə seçicilərin görüşünə gəlir. Köməkçi isə həftənin bir hissəsini rayonda, bir hissəsini isə Bakıda işləyir. Bu iş üslubu seçiciləri necə, qane edir?

“İstəyirik Şirvan Gənclər Evi tikilsin”

İlk həmsöhbətimiz orta məktəb şagirdləri oldu. Baş çəkdiyimiz 10, 20 və 21 saylı ümumtəhsil müəssisələrinin şagirdləri optimistlik nümayiş etdirdilər.
10 saylı məktəbin XI sinif şagirdı Ayşən Abdurrahmanlı dedi ki, seçici olmasa da, indiyədək Azay Quliyevin bir neçə görüşündı iştirak edib: “Düzünü deyim, bu təşəbbüs məndən gəlməyib. Çünki mən seçici deyiləm və deputatın bizim problemlə maraqlanacağına inanmırdım. Təşəbbüs deputatdan gəlib. O, hər dəfə rayona gələndə, orta məktəb şagirdləri ilə ayrıca görüş keçirir. İlk anlar biz şagirdlər bunun mahiyyətinə o qədər də varmırdıq və ona görə də belə görüşlər üçün xüsusi  maraq göstərmirdik. Ancaq sonradan anladıq ki, belə görüşlər bizim üçün səmərəli ola bilər. İndi Azay müəllim rayona gələn kimi özümüz onun yanına gedirik. O, bizim qarşılaşdığımız məsələlərlə maraqlanır, məsləhətlərini verir, problemlərimizin həllinə kömək edir. Əsası isə odur ki, məktəbyaşlı uşaqları yaxşı mənada istiqamətləndirir”.

21 saylı məktəbin X sinif şagirdləri Səbinə Əliyeva və Kövsər Məhərrəmova də təxminən eyni fikirlər söylədilər: “Bu il biz məktəblilər deputatla dörd dəfə görüşmüşük. Şagirdlərin asudə  vaxtının səmərəli təşkili, narkomaniyaya qarşı maarıfləndirmə işinin genişləndirilməsi, xarici dilin öyrənilməsindəki problemlər, dünya təhsilinə inteqrasiya kimi məsələlərdə deputatın bizə yardımını istədik. Demək olar ki, bu sıradan olan məsələlərlə bağlı ciddi problemlərimiz qalmayıb”.

10 saylı məktəbdə isə şagirdlər Şirvanın deputatı barədə kifayət qədər məlumatlılıq nümayiş etdirdilər. Bildirdilər ki, A.Quliyevin QHT-lərin işi ilə bağlı Şuraya sədirlik etməsi, Əfv Komissiyasınin üzvü olması, deputat kimi Milli Məclisdə aktivlik göstərməsindən xəbərdardılar. Söhbət zamanı şagirdlər Şirvan Gənclər Evinin tikiməsi təklifi ilə çıxış etdilər. Bunun zəruriliyini onunla əsaslandırdılar ki, asudə vaxtlarında gənclər ora toplaşar, müzakirələr aparar, idman, bilik sahəsində yarışlar keçirərlər və sairə.
Qeyd edək ki, Şirvanda şagirdlərin bilik səviyyəsi ölkənin digər bölgələri ilə müqayisədə xeyli irəlidədir. Şirvanlı şagirdlər bu il ali məktəblərə qəbiul imtahanlarında 700 bal toplamış həmyerliləri ilə fəxr etdiklərini söylədilər.

İnsanlarda ələbaxımlılıq meyilləri var

Şirvanda öyrəndik ki, bu şəhərdə regional QHT-lər fəaliyyət göstərir. Bunu biləndə, onların nümayəndələrilə görüşməyi qərara aldıq. Onların ofisini bizə bələdçilik edən taksi sürücüsü Ramin Abbasovun sayəsində tapa bildik.
Lazımı ünvanı gec tapdığımızdan taksi sürücüsünü yolda sorğu-suala tutduq: deputatınız kimdir? Onu görmüsünüzmü? Camaat ondan razıdırmı?
Bələdçimiz dərhal cavab verdi:
- Azay Quliyevi yaxından tanıyıram. Mənim qardaşım Qarabağda şəhid olub. İsafla deməliyəm, Azay Quliyev hər dəfə rayona gələndə şəhid ailələrinə, Qarabağ müharıbəsi veteranlarına diqqət ayırır. Amma bizim bəzi adamlarda bir xüsusiyyət var, tutaq ki, bu gün deputat onlara kömək etdi, deyək ki, pul verdi. Sabah bunu edə bilməyəndə, dünən görülən işi yada salmır. Bilirsiniz, mən taksi sürücüsü kimi gün ərzində hər cür insana rast gəlirəm, onlarla söhbətləşmək imkanım olur. Onu blirəm ki, insan probemini ilk növbədə özü həll etməyə çalışmalıdır. Belə olmayacaqsa, o insan ələbaxan, gileyli olacaq. Bizdə də belə hallar var.

Ən böyük problem işsizlikdir

Axtardığımız ünvana-QHT-lərin Regional Resurs Mərkəzinə çatdıq. Öyrənmişdik ki, mərkəzdə bir sıra QHT-lərin nümayəndəsi var.
Müstəqil Elmi Praktik Hüquq Mərkızinin Şirvan təşkilatının sədri Ziya Əliyevlə tanışlıqdan sonra ondan Şirvanın problemlərini xəbər aldıq:
- Bu bölgədə ən böyük problem işsizlikdir. Elektrik təchizatı idarəsində ixtisarlar bu sıranı daha da genişləndirib. Qaz, su,  kanalizasiya, yol məsələsi, camaatın o qədər problemi var ki... Şirvanda QHT-lərin Regional Resurs Mərkəzi var. İnsanlara hüquqi yardım edilir. Bizdə deputatdan ən çox istək yeni iş yerlərinin açılması ilə bağlıdır. Amma deputatın iş yeri açan olmadığını bilirik, problemi lazımi təşkilatların qarşısında isə qaldıra bilər.
Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimaı Birliyinin sədri Ramin Qasımov deputat Azay Quliyevin ayda bir dəfə seçki dairəsinə gəldiyini qeyd etdi.
Söhbəti hərləyib elə bu QHT-nin gördüyü işlər barədə məlumat istədik.
“Narkomaniyaya qaşı maarifləndirmə işi aparmışıq. Bundan başqa, bizim şəhərdə imkansız adamlar da çoxdur. Şirvan sənaye şəhəri olub. İndi isə buradakı zavod və fabriklər fəaliyyət göstərmir. İnsanların maddi durumu elə də yüksək səviyyədə deyil. Biz bir layihə reallaşdırdıq. İnsanlar bəzən xeyir-şər üçün çadır kirayə götürə bilmirdilər. Bunun aradan qaldırılmasından ötrü bir layihə yazdıq. Layihəmiz QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəkləndi. Xeyir-şər üçün iki dəst çadır aldıq. İndi də onlar puılsuz olaraq insanların xidmətindədir...”-deyə R.Qasımov qeyd etdi.

Azay Quliyev seçkiöncəsi konkret vəd verməyib

Bələdçimiz olan taksi sürücüsü Ramin Abbasov bizi 3 il öncə təmir edilmiş 2 saylı orta məktəbə apardı. Direktor Həsənpaşa Tahirova gəlişimizin səbəbini anlatdıq. Dedi ki, onların təhsil müəssisəinin təmir olunmasında deputatın  rolu olub:
- Burada 680 şagird təhsil alır. Sinif otaqları az olduğundan bizdə ikinövbəli sistemdir. Bina 3 il öncə Azay Quıiyevin birbaşa müdaxiləsi nəticəsində təmir edildi. Birnövbəli sistemə keçmək üçün deputat əlindən gələni edir. İnşallah, yardımçı binanın da yaxın zamanlarda tikiləcəyi gözlənilir.
Direktordan soruşduq ki, xatırlayırmı, Azay Quliyev seçkiöncəsi seçicilərinə hansı vədləri vermişdi?
- Platformasında konkret heç bir vəd yox idi. Deputat kimi görmək istədiyi bir çox işlər olduğunu deyirdi. Bildirirdi ki, səs versək, öz əməli ilə deputatlığını göstərəcək. Haqqı nahaqqa qurban verməsək, deputat kimi öz əməllərini göstərdiyini deməliyik...
Söhbət əsnasında Həsənpaşa müəllim bir təkilf də irəli sürdü:
- İstərdik ki, məktəbimizdə elektron idarəetmə sistemi yaradılsın. Yəqin ki, Azay müəllim bu işdə bizə kömək edər.

Növbəti baş çəkdiyimiz ünvan Leytenant İbrahimov küçəsi oldu. Sakinlərdən öyrəndik ki, bu küçə deputatın köməyi ilə abadlaşdırılıbı, park salınıb, xeyir-şər evi tikilib.
Şirvan sakinləri deputatın gördüyü işləri belə sadaladılar: Xanlar küçəsində-Sirvan kanalının üstündən keçən piyada körpüsü deputatın köməyi sayəsində təzələnib, Demanlı məhəlləsinə deputatın xahişi ilə asfalt yol çəkilib və s.

Dörd ildir deputatı tapa bilmirəm

Sirvan kanalının üstündən keçən piyada körpüsünün yanına toplaşan adamlarla söhbətləşdik. Burada deputatdan narazılar da tapıldı.
Təqaüddə olan Zənurə Abdullayeva əvvəllər Əli Bayramlı SES-də çalışıb. Seçici deputatla təkbətək görüş arzusundadır. Deyir bu dörd ildə deputat bir dəfə olsun onu axtarmayıb. Bir dəfə özü zəng edib, onda da cavab alıb ki, deputat Gürcüstandadır:  “Mənim ona bir şəxsi sözüm var. İnşallah görüşə bilsəm, deyəcəyəm. Amma onu tapa bilmirəm. Burada işsizlik baş alıb gedir... Bura sənaye şəhəridir, indi müəssisələrin heç biri işləmir. Başqa məşğuliyyət isə yoxdur. Bəs bizim cavanlarımız neyləsinlər?”.
Tərlan Bağırov adlı seçici isə Zənurə xala ilə razılaşmadı. Dedi ki, deputat xeyli iş görüb, onları yada salmamaq olmaz:
- Sağ olsun, ozü bizimlə tez-tez görüşə gəlir. Bir dəfə dedim yol, körpü...Yolun da çəkilişinə, körpünün düzəldilməsinə kömək etdi...

Qaz idarəsinin müdiri işdən çıxarılıb

Şirvanda olarkən təkcə deputatın fəaliyyəti ilə maraqlanmırdıq, imkan olduqca yerli problemləri də öyrənməyə çalışırdıq. Yuxarıda da qeyd etdiyimiz kimi, əhalinin əsas istəyi, işıq, qaz, işsizlik məsələlərinin həlli ilə bağlı idi.
Həmsöhbətimiz Səfa Hacıyev Yeni Azərbaycan Partiyası Şırvan şəhər ilk təşkilat sədridir:
- Deputat fəaliyyətindən soruşursunuzsa, deyim ki, mütəmadı görüşlərə gəlir. Deputat kimi bizi tam qane edir. Bilirsiniz, adamlar elə bilirlər ki, deputat bütün problemləri həll etmək gücündədir. Amma axı belə deyil. Qaz məsələsi problem idi. Adamlar çox əziyyət çəkirdilər. Deputatın müdaxiləsindən sonra işini yarıtmayan idarənin müdiri işdən çıxarıldı. İsizlik bizim ən böyük problemimizdir. Qoy sizə bir şıkayət də edim.
Bu gün bu boyda Şirvanda bir dənə gecə işləyən aptek yoxdur. Belə olmaz. Xahiş edirəm, aidiyyatı qurumlar bu məsələyə bir əncam çəksinlər. Gecə kiməsə bir dərman lazım oldu, bilmir, haradan alsın.

Deputat idmançıların dostudur

Bunu sərbəst güləş üzrə ikiqat dünya üçüncüsü, beynəlxalq dərəcəli idman ustası Samir Əhmədov dedi:
- Azay Quliyev həm danışır, həm də iş görür. İdman zalımızın düzəlməsinə, avadanlıqlarla təchiz edilməsinə yardımçı olub. Sayını deyə bilmərəm, amma rayona çox gəlir. Bizdə kiçik zallar yoxdur, şərait pisdir. Mənə elə gəlir ki, deputatımız bütün problemlərimizi bilir. İmkanı daxilində bu məsələlərin həllinə kömək edir. Bizdə idmana meyl güclüdür. Hətta Şirvanda idman üçün üçün arzuolunan şərait olmasa da, Hacıqabuldan bura gəlirlər.
Azay müəllim seçki öncəsi heç bir vəd verməmişdi. Bildirmişdi ki, deputatın görə biləcəyi işləri yerinə yetirəcək. Onun gənclərə böyük dəstəyi var. Hər dəfə rayona gələndə seçicilərlərə görüşünü başa vurandan sonra gənclərlə xüsusi görüş keçirir. Onları sonadək dinləyir, problemlərinin həllində yardımçı olur. Tam məsuliyytimlə deyərdim ki, Şirvanda insanların böyük hissəsi Azay Qyuliyevdən razıdır.
Onu da deyək ki, Şirvanın futbol stadionu bərbad gündədir və buna görə də rayonun futbol klubu məşqləri də başqa klubların stadionunda edir. Düzdür, bu məsələnin həlli deputatlıq deyil, amma hər halda sizə xatırlatdım ki, işıqlandırasınız.

"Şirvanlılar bildilər ki, deputat seçıcılərlə görüşməliymiş"

Şirvandan olan APA-nın Mil-Muğan bürosunun rəhbəri Əlibəy Zeynallı:
- Bir jurnalist kimi deyə bilərəm ki, Şirvanın yaxın tarixində iki deputat daha çox yadda qalıb. Naira Şaxtaxtinskaya və Azay Quliyev. Beş ildə Şaxtaştinskaya bir dəfə də olsun Şirvana gəlməyib. Seçiciləri onun üzünü bir dəfə də olsun görməyiblər. Azay Quliyev isə deputat seçıləndən sonra şirvanlılar bildilər ki, deputat seçıcılərlə görüşməliymiş. Azay Quliyev görüşlər keçirəndə aidiyyatı qurumların rəhbərlərini də ora dəvət edir. Ortaya çıxan problemlərlə bağlı yerindəcə tədbir görməyə çalışır. Bilirsiniz, vədlərini 100 faiz yerinə yetirən deputat yoxdur. Amma seşiciləri üçün Azay Quliyev böyük işlər görür. Rayonda əsas problem su, qaz, kanalizasiya məsələsidir. Biz bilirik ki, Şirvanın su, qaz və digər problemləri haqqında Azay Quliyev Milli Məclisdə dəfələrlə məsələ qaldırıb və müvafiq dövlət qurumları ilə müzakirələr aparıb.  Artiq bizə deyiblər ki,  Yaponiya bankının ayırdığı 102 milyonluq kredit hesabına Şirvanın su və kanalizasiya məsələsi də yaxın zamanlarda  həll olunacaq.
Deputat əfv məsələsində, fərdi yaşayış evlərinin tikintisi və təmirində şirvanlılara çox kömək edib. Başlıcası isə odur ki, bizim deputat əlçatandır, kimin nə sözü və dərdi varsa, onu asanlıqla tapıb deyə bilir.


Şirvanın yolları

Deputatın Şirvandakı qəbul otağı

Parkın salınması deputatın zəhməti sayəsində mümkün olub

APA-nın Mil-Muğan bürosunun rəhbəri Əlibəy Zeynallı: "Bizim deputat əlçatandır"

Bələdçimiz Ramin Abbasov

 

 

 

Xeyir-şər evi

YAP-çı Səfa Hacıyev: "Camaat elə bilir ki, deputat bütün problemləri həll etmək gücündədi"

İdmançı Samir Əhmədov deyir ki, deputat Şirvana gələndə idmançılarla görüşməyi yaddan çıxarmır

Şagirdlərdə Şirvanın deputatı barədə geniş bilgi var

 

QHT rəhbəri Ramin Qasımov: "Şirvan sənaye şəhəri idi, indi isə zavod və fabriklər işləmir"

Deputatın təmir elətdirdiyi orta məktəb

Seçici Tərlan Bağırov: "Yolun da çəkilişinə, körpünün düzəldilməsinə kömək etdi..."

2 saylı məktəbin təsərrüfat müdiri deyir ki, Şirvan seçiciləri öz deputatlarını tanımaqda çətinlik çəkmirlər

QHT rəhbəri Ziya Əliyev: "Bu bölgədə ən böyük problem işsizlikdir"


Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan neftinin qiyməti dəyişdi 6 Dekabr 2019, 22:43 Ürəyi altı saat dayanan qadın xilas edildi 6 Dekabr 2019, 22:27 Bakıda bu işçilərin maaşları artıb 6 Dekabr 2019, 22:13 Türkiyədə əhali küçələrə axışdı 6 Dekabr 2019, 21:56 Cəlilabadda 19 yaşlı gənc küt alətlə döyüldü 6 Dekabr 2019, 21:39 ABŞ-da hərbi bazada atışma: 4 ölü 6 Dekabr 2019, 21:24 Qızılcadan ölənlərin sayı 140 minə çatdı 6 Dekabr 2019, 21:10 “Qarabağ” xal itirdi 6 Dekabr 2019, 20:51 F-35-ləri ala bilməsək... 6 Dekabr 2019, 20:37 Deputat Yevda Abramov vəfat etdi 6 Dekabr 2019, 20:24 Azərbaycanla  Gürcüstan arasında humanitar əməkdaşlıq  müzakirə olundu 6 Dekabr 2019, 20:17 Dünyada  ilin ən yaxşı hava limanı 6 Dekabr 2019, 20:03 Leriklilər ağacəkmə kampaniyasında fəal iştirak ediblər - FOTO 6 Dekabr 2019, 19:40 “Tufan“ adlı solo konserti keçirilib - FOTO 6 Dekabr 2019, 19:29 Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb 6 Dekabr 2019, 19:18 Xaçmazda minik maşını ilə yük maşını toqquşub, ölənlər var 6 Dekabr 2019, 19:09 Azərbaycan gündəlik neft hasilatını 7 min barrel azaldacaq   6 Dekabr 2019, 19:00 AFFA “Qəbələ”yə maddi yardım edəcək? 6 Dekabr 2019, 18:50 Hesablama Palatasının Təlim Mərkəzi açılıb 6 Dekabr 2019, 18:40 “Cahana sığmayan şair” adlı tədbir keçirilib - FOTO 6 Dekabr 2019, 18:29 AzMİU ilə “PMD Projects” arasında müqavilə imzalanıb - FOTO 6 Dekabr 2019, 18:23 Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu 6 Dekabr 2019, 18:17 Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib 6 Dekabr 2019, 18:17 Rüstəm Xəlilov icra başçısı kimi sakinlərlə ilk görüşünü keçirib - FOTO 6 Dekabr 2019, 18:10 Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşdülər 6 Dekabr 2019, 18:02 “Parlament siyasət meydanıdır” - Sədr müavini  6 Dekabr 2019, 17:57 Manatın üçgünlük məzənnəsi açıqlanıb 6 Dekabr 2019, 17:56 Dövlət Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə başladı 6 Dekabr 2019, 17:48 BMU-nun tələbəsi Azərbaycan üzrə birincilik qazanıb   6 Dekabr 2019, 17:46 Ağac əkimi Nəsimi ruhuna ehtiram, ekoloji tarazlığa töhfədir 6 Dekabr 2019, 17:38 Binəqədidə ağacəkmə aksiyası keçirilib - FOTO 6 Dekabr 2019, 17:34 Brüsseldə Avropa Parlamenti deputatlarının Qarabağa səfərinə ETİRAZ EDİLİB 6 Dekabr 2019, 17:33 Sosial xidmət layihələrində 1600-ə yaxın şəxs çalışır - Nazirlik 6 Dekabr 2019, 17:30 Nazim Bəydəmirli yenidən deputat olmaq niyyətindədir 6 Dekabr 2019, 17:27 MSK-dan növbədənkənar parlament seçkisi AÇIQLAMASI 6 Dekabr 2019, 17:10
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?