Modern.az

Sumqayıtda ağır qəza, ölən və yaralananlar var - VİDEO

Sumqayıtda ağır qəza, ölən və yaralananlar var - VİDEO

22 Yanvar 2020, 08:53

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, mikroavtobus idarəetməni itirərək maneəyə çırpılıb.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Modern.az-a bildirib ki, hadisə mikroavtobusun piyadanı vurması nəticəsində baş verib:

 

“Nəticədə piyadanı vuran mikroavtobus idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb. Piyada hadisə yerində keçinib. Sürücü diz qapağının sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü