Modern.az

İsgəndər Həmidovun sağlıq durumunda irəliləyiş var

İsgəndər Həmidovun sağlıq durumunda irəliləyiş var

Aktual

6 Fevral 2020, 18:00

“İsgəndər Həmidovun durumunda cüzi irəliləyişlər var”.  

 

Bunu Modern.az-a keçmiş Daxili İşlər naziri İsgəndər Həmidovun yerləşdirildiyi xəstəxananın həkimi Adil Qeybulla bildirib. O, İ.Həmidovun səhhətinin ağır olaraq qaldığını söyləyib:

 

“Bu gün müalicəsində müəyyən korrektələr olub, qan təhlilləri aparılıb. Nəticədə cüzi irəliləyişlərin olduğu müşahidə edildi. Müalicə davam edir”.

 

İ. Həmidovun ailəsinin maliyyə sıxıntılarına gəldikdə isə Adil Qeybulla xəstəxananın və həkimlərin bu məsələyə müdaxilə edə bilmədiyini diqqətə çatdırıb:

 

“Yenə də bu qədər ictimai əhəmiyyətli insan olduğuna görə, vəziyyətdən xəbərdarıq. Ailəsinin maliyyə sıxıntıları qalır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü