Modern.az

Jurnalistlər üçün yeni yazı müsabiqəsi elan olundu

Jurnalistlər üçün yeni yazı müsabiqəsi elan olundu

Qarabağ

5 Aprel 2012, 18:50

Qaradağ Rayon İcra Hakimiyyəti və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün birgə yazı müsabiqəsi elan edib.

Fonddan Modern.az-a bildirilib ki, müsabiqənin məqsədi Qaradağ rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.  
Müsabiqənin mövzusuQaradağ rayonunun sosial-iqtisadi inkişafı:  real vəziyyət və perspiktivlər“dir.   

Müsabiqə elan olunan günədək ən azı bir il  müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində)  fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Yazıların qəbulu 06 aprel 2012-ci il tarixində başlayır , 04 may 2012-ci il tarixdə başa çatır. 

Müsabiqədə I -ci  yerə bir, II -ci  yerə iki,  III-cü yerə üç qalib seçiləcək.

Bundan əlavə,  5 yazı  müəllifinə  həvəsləndirici mükafatlar veriləcək.

    I   yer -         1 000  manat
   II  yer -            800  manat
  III  yer -            600  manat
 Həvəsləndirici mükafat  -    200  manat

Qaliblər, həmçinin Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  xüsusi diplomu ilə təltif olunacaqlar.

Müsabiqənin nəticələri  mayın 11-dək elan olunacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü