Modern.az

Ziyalılardan ÇAĞIRIŞ: “Seçiləsi adam varsa, o da Etibar Əliyevdir”

Ziyalılardan ÇAĞIRIŞ: “Seçiləsi adam varsa, o da Etibar Əliyevdir”

Aktual

7 Fevral 2020, 17:30

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

 

Budəfəki seçkilərdə iştirak edəcək namizədlərdən biri də 31 saylı Suraxanı seçki dairəsindən deputatlığa namizəd tanınmış təhsil eksperti Etibar Əliyevdir.

Modern.az 31 saylı Suraxanı ikinci seçki dairəsindən olan ziyalılarla əlaqə saxlayaraq Etibar Əliyevin seçkidə qalib gəlib-gəlməyəcəyi ilə bağlı onların gözləntilərini öyrənib.

 

Tanınmış bədii qiraət ustası, əməkdar artist Ağalar Bayramov doğru seçim ediləcəyinə inandığını deyir:

 “Seçkilər şəffaf keçirilsə, Etibar Əliyev qalibdir. O, çox intellektual biliyə malik, xalqını-millətini sevən insandır. Səmimidir, səmimiyyəti oynamır. Etibar Əliyev heç kəsin əlində alət, maşa olan insan deyil. Sırf Azərbaycana, Azərbaycan dövlətinə, millətimizə, xalqımıza bağlı insandır. Özü də onun eli, obası ruhuna qurban olduğum Dədə Ələsgər, Miskin Abdal ünvanlıdır. O kökdən, o ünvandandır. Mən inanıram ki, seçicilər də səhv etməyəcəklər, birmənalı olaraq ona səs verəcəklər. Ona uğurlar arzu edirəm və qalib gələcəyinə inanıram”.

 

 

Kulturologiya üzrə mütəxəssis, professor İlqar Hüseynov isə onun deputat seçiləcəyi təqdirdə müxtəlif sahələrdə dəyişikliklər yaratmaqda böyük rolu olacağını qeyd edib:

“Çox yüksək təfəkkürə malik, elmli adamdır, uzun illər Təhsil Nazirliyində ekspert işləyib. Onun bütün bacarıqları, elmi potensialı, deputat olmağa layiqdir. O həm səriştəlidir, həm də gözəl pedaqoq, alimdir. Azərbaycanda seçiləsi adam varsa, o da Etibar Əliyevdir. O, Suraxanı rayonundan namizədliyini irəli sürüb. Biz də hamımız onu dəstəkləyirik. Vicdanı təmiz, qabiliyyətli adamdır. Azərbaycan üçün iş görən bir insandır. Onu seçməklə biz çox faydalı işlər görə bilərik. Mən onun işgüzarlığına, elmi potensialına  bələdəm. Həmişə də haqqı deyən, ədalətli, vicdanlı adamdır. Müasir dövr innovasiya, qloballaşma dövrüdür. O da yerində sayan yox, daim irəliyə baxan şəxsiyyətdir. Ona görə deputat seçilsə, təhsilimizdə, elmimizdə, səhiyyəmizdə, mədəniyyətimizdə dəyişikliklər yarada bilər”. 

 

Tanınmış jurnalist Züleyxa Nadir də Etibar Əliyevin seçkidə qalib gələcəyindən ümidlidir:

“Etibar müəllim millətin aydınlarındandır. Savadlı, elmi təfəkkürü və zəkası işıqlı olan ziyalıdır. Vətənini, xalqını sevən, dövlətə və dövlətçiliyə xidmət edən Azərbaycan oğludur. Deputat kürsüsündən xalqın tribunası kimi istifadə edəcəyinə də əminəm. İnanıram ki, şəxsi maraqlarını seçicilərinin istəyindən üstün tutmayacaq. Seçkidə qalib gələcəyinə inanıram və ona uğur diləyirəm”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü