Modern.az

Maska məsələsi bizi də narahat edir - Operativ qərargah

Maska məsələsi bizi də narahat edir - Operativ qərargah

Aktual

2 Aprel 2020, 12:23

"Hər kəs bilsin ki, maska məsələsi ən çox bizi narahat edir".

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

 

Y.Qarayeva qeyd edib ki, səbirsizliklə ölkəmizdə qoruyucu vasitələrinin istehsalını gözləyir:

 

“ÜST tərəfindən hazırda mərkəzləşdirilmiş şəkildə qoruyucu vasitələrin verilməsi davam edir. Bu gün bizdən asılı olmayan səbəblərdən istədiyimiz qədər qoruyucu vasitə ala bilmirik. Biz hər gün videokonfranslar vasitəsilə ÜST və digər beynəlxalq təşkilatlardan qoruyucu vasitələr istəyirik. Bu məsələ bizim prioritet məsələmizdir. Biz hansı istehsalatı özümüz edə biləriksə, bunun üzərində çalışılır və gələcəkdə ediləcək".

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü